12:16, 22 Noyabr 2017 (Çərşənbə) 21

Azərbaycanda fövqəladə halların sayı artıb

Azərbaycanda fövqəladə halların sayı artıb
2017-ci ilin 9 ayında ölkədə 59 partlayış hadisəsi baş verib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 40 faiz çoxdur.

Partlayışlar zamanı 13 nəfər ölüb, 71 nəfər xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyinin açıqladığı statistikada belə bildirilir.

Ötən 9 ayda ölkədə 11433 yanğın hadisəsinin söndürülməsi istiqamətində işlər görülüb. Yanğın hadisələri zamanı isə 39 nəfərin öldüyü, 165 nəfərin xəsarət aldığı bildirilir.

Bəhs edilən dövrdə ölkə ərazisində 11611 təbii və texnogen hadisə qeydə alınıb. Bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur. Baş vermiş təbii və texnogen hadisələr nəticəsində 56 nəfər ölüb, 257 nəfər xəsarət alıb.