15:19, 11 Oktyabr 2018 (Cümə axşamı) 324

Azərbaycanda daha üç Rusiya universiteti açılacaq

Azərbaycanda daha üç Rusiya universiteti açılacaq
Azərbaycanda daha üç Rusiya universitetinin filialı açılacaq.

Turan xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov məlumat verib.

"Bunlar Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetinin filialları olacaq", - səfir deyib.

O vurğulayıb ki, Rusiyanın adıçəkilən ali təhsil müəssisələrinin filiallarının Azərbaycanda açılışı iki ölkə prezidentinin razılaşdırdığı yol xəritəsi əsasında humanitar əməkdaşlıq çərçivəsində baş tutacaq.

Azərbaycanda hazırda iki Rusiya universitetinin - M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

Azərbaycan Respublikasında rus dilində təhsil verən 300-dən çox məktəb var. Bununla bağlı bu ilin sentyabr ayında Bakıda səfərdə olan Rusiya prezidenti Vladimir Putin razılığına da bildirmişdi.

"Azərbaycan Respublikasında rus dilində təhsil verən 300-dən çox məktəb var. Bununla yanaşı, rus dilinə verilən dəstəkdə ən başlıca baza insanların ürəklərində və beyinlərindədir", - deyə V.Putin Azərbaycan prezidenti İ.Əliyevlə görüşündə vurğulamışdı.

Bəzi ekspertlər isə bunu tənqidlə qarşılayırlar. Onlar deyirlər ki, bu dövlət dilinin inkişafına kölgə salır.