13:02, 17 May 2018 (Cümə axşamı) 63

Azərbaycanda cins nisbəti pozulur

Azərbaycanda cins nisbəti pozulur
2018-ci ilin əvvəlindən ölkə əhalisinin sayı 18260 nəfər artaraq aprelin 1-nə 9 milyon 916 min 345 nəfərə çatıb. 

Dövlət Statistika Komitəsi bildirir ki, əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır.

Yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri 32954 doğulan körpə qeydə alıb. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1 faiz təşkil edir. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

İlin birinci rübündə ölkədə 15403 ölüm halı qeydə alınıb.

Üç ay ərzində 12932 nikah və 3556 boşanma rəsmiləşib.

Yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları daimi yaşamaq üçün 1010 nəfər gələn, 301 nəfər gedən qeydə alıb.