15:03, 09 Mart 2018 (Cümə) 155

Azərbaycana kərə yağının idxalı 29% azalıb

Azərbaycana kərə yağının idxalı 29% azalıb
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan 9 mln. 876,59 min ABŞ dolları dəyərində 1 705,59 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib. Bu barədə  Toplum Tv Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
 
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin iki ayı ilə müqayisədə 702,91 ton və ya 29,18% azdır. Məbləğ baxımından isə illik nisbətdə 1 392,28 min dollar və ya 16,41% çoxdur.

2017-ci ilin yanvar-fevral aylarında Azərbaycana xarici ölkələrdən 8 mln. 483,81 min dollar dəyərində 2 408,50 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
2018-ci ilin yanvar-fevral aylarında kərə yağı və süddən hazırlanmış digər yağların idxalı Azərbaycanın ümumi idxalının 0,68%-ni təşkil edib.