11:59, 13 Oktyabr 2017 (Cümə) 11

Azərbaycan və Bolqarıstan prezidentləri görüşüb

Azərbaycan və Bolqarıstan prezidentləri görüşüb
Bu gün, oktyabrın 13-ü Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstan dövlət başçısı Rumen Radev-lə görüşü keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə vurğulanıb ki, iki ölkə arasında münasibətlər siyasi, iqtisadi, humanitar, energetika və digər sahələrdə uğurla inkişaf edir.

Prezidentlər bildiriblər ki, iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsindən ötrü yaxşı imkanlar var.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə dövlət başçıları geniş tərkibdə bir araya gəliblər.

Bolqarıstan prezidenti R.Radev dünən, oktyabrın 12-də Azərbaycana gəlib.