13:10, 29 Sentyabr 2018 (Şənbə) 173

Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşıb
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,8 dollar və yaxud 2,17% bahalaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 84,78 dollar/barelə bərabər olub.

"Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.