13:13, 21 İyun 2018 (Cümə axşamı) 30

Azərbaycan nefti 76 dollara çatır

Azərbaycan nefti 76 dollara çatır
İyunun 21-də "AzəriLayt” markalı neftin bir barreli 0,31 dollar bahalaşaraq 75,78 dollar olub. AZƏRTAC xəbər verir ki, London birjasında brent markalı neftin bir barreli 74,29 dollara, Nyu-York birjasında layt markalı neftin bir barreli 65,47 dollara satılır.

Azərbaycanın 2018-ci il büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Gündəlik neft hasilatının yanvar ayında 814,6 min barrel, fevral ayında 806 min barrel, mart ayında 794 min barrel, aprel ayında 785,7 min barrel, may ayında 801 min barrel olduğu açıqlanıb.

"AzəriLayt” 2018-ci ildə 69,89 dollarla start götürüb.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu ilin yanvar-may aylarında Azərbaycanın ixracının 80,3 faizi xam neft və xam neft məhsulları olub.