12:34, 26 Sentyabr 2018 (Çərşənbə) 318

Azərbaycan kosmosa daha bir peyk buraxıb

Azərbaycan kosmosa daha bir peyk buraxıb
Azərbaycanın "Azerspace-2" peyki Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

AZƏRTAC xəbər verir ki, "Azerspace-2" peyki orbitə "Arianespace" şirkətinə məxsus "Ariane-5" daşıyıcı raketi ilə göndərilib.

Bu, "Ariane-5" raket daşıyıcısından ötrü yubiley - 100-cü buraxılış olub. Onun göyərtəsində iki telekommunikasiya peyki – "Azerspace-2" və "Horizons 3e" var. İkincisi Yaponiyaya məxsusdur.

"Azerspace-22 peyki 450 şərq uzunluğu orbital mövqeyində yerləşəcək. Avropa, Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək.

Hələ bir müddət öncə, "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Rəşad Nəbiyev bunları demişdi: ""Azerspace-2" hazırkı əhatə zonasını genişləndirməklə yanaşı, "Azerspace-1"in orbitdəki ehtiyatı olacaq. Bu da müştərilərə daha etibarlı xidmət göstərmək imkanı verəcək".

Azərbaycanın ikinci telekommunikasiya peykini Kanadanın SSL şirkətinin inşa edəcəyi açıqlanmışdı.