15:59, 17 Oktyabr 2018 (Çərşənbə) 176

Azərbaycan iqtisadiyyatına xarici investisiyalar azalıb

Azərbaycan iqtisadiyyatına xarici investisiyalar azalıb
2018-ci ilin yanvar-sentyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 992,4 mln. manat vəsait yönəldilib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Rəsmi statistikaya əsasən bu investisiyaların 361,4 mln. manatı sentyabr, 396,3 mln. manatı avqust, 342,1 mln. manatı iyul, 466,2 mln. manatı iyun, 447,7 mln. manatı may, 592,2 mln. manatı aprel, 489,1 mln. maatı aprel, 489,1 mln. manatı mart, 437,6 mln. manatı fevral, 459,8 mln. manatı yanvar ayında yatılırılıb. Beləliklə, ötən ay ölkə iqtisadiyyatına invesitisya qoyuluşunda əvvəlki ayla müqayisədə 8,8% azalma qeydə alınıb.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3217,0 mln. manatı (80,6%-i) Birləşmiş Krallıq, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.