15:36, 27 Sentyabr 2018 (Cümə axşamı) 183

Azərbaycan iqtisadi azadlıq reytinqində hansı yerdədir ?

Azərbaycan iqtisadi azadlıq reytinqində hansı yerdədir ?
Dünyanın İqtisadi azadlıq reytinqi açıqlanıb. 

Kanadanın Freyzer İnstitutunun 100-dən çox ölkəni təmsil edən tədqiqatçılarla birgə hazırladığı reytinq mərkəzi hökumət qurumlarının say tərkibi; mülkiyyət hüququnun müdafiəsi və məhkəmə azadlığı; pul siyasətinin sərtlik dərəcəsi; xarici ticarət azadlığı; kreditlərin, məşğulluğun və biznesin tənzimlənməsi meyarlarına əsaslanır.

İqtisadi azadlıq reytinqinin ilk onluğunda Gürcüstan da var: bu ölkə 7-ci sırada qərarlaşıb.

Ən azad ölkə Honkonqdur. Onu Sinqapur və Yeni Zelandiya, İsveçrə, İrlandiya, ABŞ təqib edir.

Azərbaycan iqtisadi azadlıq reytinqində 106-cı yerdə qərarlaşıb. Ermənistan 29-cu, Türkiyə 86-cı, Rusiya 87-ci, İran 130-cudur.