İqtisadiyyat

"Azərbaycan çox böyük iqtisadi faciələrlə üzləşə bilər” - İqtisadçılardan 7.5 milyarda şərh

11 Yanvar, 2017
1370
Ötən gün Prezident İlham Əliyev fərman imzalayaraq Dövlət Neft Fondunun 2017-ci il büdcəsini təsdiqləyib. 2017-ci ilin dövlət büdcəsində makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka 7 milyard 500 milyon manat transfert nəzərdə tutulub. 

Zöhrab İsmayıl: "Bu, Azərbaycanın hazırki durumunda çox böyük məbləğ deyil"
Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri  Zöhrab İsmayıl Toplum.Tv-yə bildirib ki, Azərbaycanın tədiyyə balansında təxminən 5 milyard dollarlıq kəsr var: "Ölkədə xarici valyuta çatışmazlığı müşahidə olunur və Mərkəzi Bankın özünün 4 milyard dollara yaxın rezervləri var. Ancaq belə görünür ki, Mərkəzi Bank bu məbləğlə özünü əmin hiss eləmir. Çünki valyuta bazarında ciddi xarici valyuta qıtlığı var, Mərkəzi Bank bu qıtlığı ödəməkdə çətinlik çəkir. Buna görə də Neft Fondunun builki büdcəsi fondun təhlükəsizlik yastığı funksiyası kimi istifadə olunaraq, 4,2milyard dollar Mərkəzi Bank üçün ayrılıb. Bu vəsait yanlız valyuta bazarında Mərkəzi Bankın manipulyasiya etməsi üçün istifadə oluna bilər. Yəni bu vəsait bazara müdaxilə üçün istifadə olunacaq. Ancaq bunun yetərli olub-olmayacağını demək çətindir. Düzdür, rəsmi məlumatlara görə Azərbaycanın tədiyyə balansında 5 milyardlıq kəsr var. 2016-cı ildə Azərbaycanın Mərkəzi Bankı zorla manatın məzənnəsini saxlamağa çalışdı. Bazarı, bankları dollarla təmin etmədən, bu kursu adminstativ təzyiqlərlə saxladı. Bu isə iqtisadiyyat üçün ağır nəticələrə gətirib çıxardı. Əgər ölkənin daxili bazarında xarici valyuta yoxdursa, idxalçılar ehtiyac olan qədər mal gətirə bilmirlər. Xarici valyuta defisitinin yaradılması iqtisadiyyatın fəallığının aşağı salınmasına təsir edən, iqtisadi aktivliyi boğan faktordur. Bu vəziyyəti uzun müddət belə saxlamaq iqtisadiyyatı dağıtmaq deməkdir. Düşünürəm ki, bu minvalla Mərkəzi Bank və hökumət qərara gəlib ki, Neft Fondundan vəsait alaraq dollar təchizatını həyata keçirə bilsin. Korrupsiyanın, pis idarəetmənin, israfçılığın qarşısı alınmasa, hökumət müvəqqəti olaraq bu problemlərin üstünü pulla örtmüş olacaq. Bu da çox təhlükəli tendensiyadır və 5-6 il içərisində Azərbaycanın neft fondunda yığılmış aktivləri tükənə bilər. Bu ehtiyatlar tükəndiyi halda, Azərbaycan çox böyük iqtisadi faciələrlə üzləşə bilər”.

Qubad İbadoğlu: "Bizdə əvvəl vəsaiti ayırırlar, sonra proqramlaşdırırlar, amma..." 
İqtisadçı Qubad İbadoğlu makroiqtisadi sabitlik üçün ayrılmış məbləğin xərclənməsinin iqtisadiyyatın durumundan asılı olduğunu qeyd edib: ”Birincisi, bu ayrılmış transfertin xərc istiqamətləri bəlli deyil. Ola bilsin ki, onu manatın stabilləşdirilməsi üçün istifadə etsinlər. Hansı ki Mərkəzi Bankın valyuta ehtiyatları kritik səviyyədədir və manatın tam üzən məzənnəyə keçidi bu il ərzində təmin olunmazsa, onda Mərkəzi Bankın əlavə valyuta ehtiyatının yaradılması məsuliyyəti var. Amma nəzərə almaq lazımdır ki, bu ehtiyatları formalaşdırmaq üçün Mərkəzi Bank həmin vəsaiti valyuta ilə əldə etməlidir. Makroiqtisadi sabitlik üçün Asiya İnkişaf Bankında da vəsait alınıb və bu istiqamətdə ayrılmış vəsaitlər maliyyə bazarına gedə, bankların sabitləşdirilməsi məqsədi ilə də istifadə oluna bilər. Bunlar, sadəcə, fərziyələrdir. Bilinmir ki, bu vəsaiti hansı məqsədlərlə istifadə olunacaq. Amma adətən, bir qayda olaraq makroiqtisadi sabitliyin təmin olunması üçün əvvəl proqram hazırlanır, bundan sonra vəsait ayrılır. Bizdə isə əvvəl vəsait ayrılır, daha sonra proqramlaşdırıb bu vəsaiti xərcləyəcəklər”.

Azər Mehdiyev: ”Bu o demək deyil ki, mütləq o vəsaitin hamısı alınmalıdır”
İqtisadçı ekspert Azər Mehdiyev hesab edir ki, bu addım indiki vəziyyətdə zəruri addımdır: ”Neft Fondunun vəsaiti valyutadandır və Mərkəzi Banka ayrılacaq vəsait də valyuta bazarındakı manatın məzənnəsini sabitləşdirmək üçündür. Makroiqtisadi sabitlik deyəndə bu, əsasən tədiyyə balansının yaratdığı gərginliyi azaltmaq xarakteri daşıyır. Neft Fondunun büdcəsində həmin vəsaitin yuxarı həddi 7,5 milyard AZN olaraq nəzərdə tutulub. Bu o demək deyil ki, mütləq o vəsaitin hamısı alınmalıdır. Proses ondan ibarət ki, Mərkəzi Bankın bu cür valyuta ehtiyacı yarandıqca, Neft Fondundan bu vəsaiti götürə bilər. Əslində, bu indiki vəziyyətdə qaçılmaz və zəruri addım idi. Ona görə ki əvvəlki illərdə Neft Fonduna dövlət büdcəsindən böyük həcmdə vəsait daxil olurdu. Həmin vəsait valyuta bazarında satışa çıxarılıb ən azından dollara olan təlabat ödənilirdi. Bu il üçün bu vəsaitin mənbəyi cəmi 6 milyard, dollarla götürəndə 3 milyard dollara yaxın vəsaitdir. Ötən il ölkədəki durum göstərdi ki, bu vəsait ölkənin valyuta bazarının təlabatlarını ödəmək iqtidarında deyil. Həm bazarın tələbləri, həm dövlət büdcəsinin valyuta ehtiyacları, həm ayrı-ayrı şirkətlərin valyuta ehtiyacı müqabilində Azərbaycana valyuta gətirən qurumlar çox azdır. Belə bir şəraitdə Neft Fondunun vəsaitindən istifadə edilməsi qaçınılmaz bir haldır. Neft Fondundan makroiqtisadi maliyyə sahəsinin təmin edilməsi baxımından Mərkəzi Banka vəsait ayrılması qaçınılmazdır. Bunun hesabına ən azı hökumət manatın məzənnəsində kəskin dəyişikliklərin qarşısını almağa nail ola bilər. Prosesin sonrakı gedişində nələr olacağını zaman göstərər. Ancaq bu vəsait indiki halda il ərzində dollara olan təlabatın müəyyən hissəsinin ödənilməsi ilə manata olan basqıları azalda bilər”.

Cəfər İbrahimli: "2017-də Mərkəzi Bank bu vəsaitlərin müəyyən hissəni mütləq istifadə edəcək"
"Kapital Menecment” investisiya şirkətinin Müşahidə Şurasının üzvü Cəfər İbrahimli isə məsələni belə şərh edib: ”Nəzərdə tutulan 7,5 milyard AZN-nin il ərzində ehtiyac olduqca veriləcəyi nəzərdə tutulur. Düşünürəm ki, Neft Fondunun vəsaitləri bu ölkənin maliyyə imkanlarında istifadə edilmək üçün bir qaynaq, vasitədir. Ölkədə dollara təlabat var, Mərkəzi Bankın dollar ehtiyatı ən aşağı səviyyəyə düşdüyü üçün ilk müraciət olunacaq yer ya xarici bazardan borclanmaqdır, ya da bu Neft Fondundakı əlavə rezervlərin istifadəsidir. Görünür ki, hökumət insanların valyuta təlabatını ödəmək üçün Neft Fondunun vəsaitini istifadə etməyi düşünür. Əslində, bu iki istiqamətdə nəzərdə tutulur: ilkin variant olaraq bazarda valyutaya tələb var, bunun qarşılanması üçün bu vəsaitlə hökumət düşünür ki, tam sərbəstg üzən məzənnəyə keçilsin. Dünya təcrübəsində üzən məzənnəyə keçildiyi təqdirdə müəyyən dalğalanma və hərəkətlənmə ola bilər deyə, hökumət Neft fondunun imkanlarını genişləndirmək məqsədilə əlavə rezerv kimi açıb. Hesab edirəm ki, 2017-də Mərzəki Bank bu vəsaitlərin müəyyən hissəni mütləq istifadə edəcək”.
 
Sabit Bağırov: ”Bu addım vaxtında atılsaydı..."
İqtisadçı Sabit Bağırov makroiqtisadi sabitliyi bərpa etmək üçün prinsipcə belə addım atılmasını doğru addım hesab edib: ”Bu addım vaxtında atılsaydı, çox güman ki, iki devalivasiyadan qaçmaq mümkün olardı. Gec də olsa, heç olmasa, makroiqtisadi sabitliyin təmin edilməsi üçün bu addımın atılması vacibdir. O ki qaldı rəqəmə, bir söz deyə bilmərəm, yəqin ki, hara, nə qədər xərclənəcəyini hesablayıblar. Dövlət büdcəsinin xərclərində detalları tapmaq mümkündür”. 

Ofelya Ramilqızı
Toplum.Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo