18:54, 17 May 2018 (Cümə axşamı) 342

Azərbaycan-Avstriya biznes forumu keçirilib

Azərbaycan-Avstriya biznes forumu keçirilib
Bu gün, mayın 17-də Bakı şəhərində Azərbaycan-Avstriya biznes forumu keçirilib. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, Avstriya Federal İqtisadiyyat Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutub.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, tədbirdə Azərbaycan və Avstriyadan 80-ə yaxın sahibkar iştirak edib. Onlar energetika, konsaltinq, tikinti, maşınqayırma, metallurgiya, yanğınsöndürmə avadanlıqları, logistika, mebel istehsalı, tullantıların təkrar emalı, mühafizə sistemləri, nəqliyyat, tikinti, təhsil, sənaye və s. sahələrə aid olub.

Forumda Azərbaycanın biznes, investisiya mühiti və Avstriya iqtisadiyyatı haqqında təqdimatlar keçirilib.

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın Avstriya ilə ticarət dövriyyəsinin həcmi 135.55 mln. ABŞ dolları təşkil edib.

2017-ci ilin yanvar-sentyabr aylarında Avstriyanın Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 0.95 faiz olub.

2016-cı ilin müvafiq dövrü ilə müqayisədə, 2017-ci ilin yanvar-sentyabr aylarında Avstriya ilə ticarət dövriyyəsinin nisbətən artdığı bildirilir.