13:15, 08 Dekabr 2017 (Cümə) 159

Azərbaycan 60 ölkə içində 54-cü yerdədir

Azərbaycan 60 ölkə içində 54-cü yerdədir
Sinqapur Çinin birbaşa investisiyaları üçün ən cəlbedici ölkədir. Bu mənada Sinqapur Birləşmiş Ştatları qabaqlayıb.

"Economist Intelligence Unit” 60 böyük iqtisadiyyatın Çin şirkətlərindən ötrü nə dərəcədə cəlbedici olmasının indeksini hazırlayıb.

"China Going Global Investment Index” sonuncu dəfə 2015-ci ildə dərc olunub. İndeks imkanları və riskləri əhatələyən 57 indikator üzrə hazırlanıb.

Azərbaycan 60 ölkə içində 54, Rusiya 11, Qazaxıstan 13, İran 20-ci yerdədir.

Builki indeksdə Malayziya və Qazaxıstanın xeyli önə çıxdığı görünür.

Böyük Britaniya kimi bəzi inkişaf etmiş ölkələrsə geriləyir. Məsələn, Britaniya 29 pillə geri düşüb.

Hindistan və İranın sürətlə inkişaf edən bazarlar olduğu, burada Çin şirkətlərinin rəqabət apardığı bildirilir.

Azadlıq Radiosu