Siyasət

Azər Qasımlının şikayəti təmin olunmayıb

5 İyun, 2018
727
İyunun 4-də Bakı Apelyasiya Məhkəməsində Respublikaçı Alternetiv (ReAl) Partiyasının Məclis üzvü Azər Qasımlının 30 günlük inzibati həbsindən verilmiş şikayətə baxılıb. Məhkəmədə Azər Qasımlı özü də iştirak edib.

Məhkəmədə A.Qasımlının vəkili Elçin Sadıqov siyasətçinin həyat yoldaşı Samirə Qasımova və hüquqşünas Xalid Bağırovun şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb. Vəkil vəsatətini əsaslandırarkən bildirib ki, həmin şəxslər A.Qasımlının həbs olunduğu gün, ümumiyyətlə, Landau küçəsində olmadığını təsdiqləyə bilərlər.

Vəkilin daha bir vəsatəti A.Qasımlının inzibati xəta törətdiyi iddia olunan ərazidəki təhlükəsizlik kameralarının görüntülərinin alınması barədə olub. Müdafiəçi deyib ki, görüntülərə baxış keçirilsə, A.Qasımlının orada olmadığı sübuta yetiriləcək.

Hakim Qədim Babayev vəsatətlərin heç birini təmin etməyib.

A.Qasımlı özü də çıxış edərək bildirib ki, polisə müqavimət göstərməsi barədə inzibati xəta protokolunda yazılanlar tam yalandır. O, nə polisə müqavimət göstərib, nə də, ümumiyyətlə, hansısa inzibati xəta törədib: "Mən heç bir xəta törətməmişəm. Protokolda və Yasamal Rayon Məhkəməsinin qərarında yazılanlar da bunu sübut edir".

A.Qasımlı bildirib ki, həbsinin əsl səbəbi 28 Mayda - Cümhuriyyətin 100 illiyi ilə bağlı yürüşdür: "Bu həbs mənim siyasi fəaliyyətimlə bağlıdır. Məqsəd məni susdurmaqdır".

A.Qasımlı həbsindən öncə prokurorluğa çağrılmasından da danışıb: "Məni Baş prokurorun müavini yox, mətbuat xidmətinin rəhbəri qəbul elədi. Normal söhbətimiz oldu. Prokurorluqdan çıxanda məni öz maşınlarına mindirib Yasamal Rayon Polis İdarəsinə gətirdilər".

O, çıxışının sonunda heç bir xəta törətmədiyini vurğulayaraq, 30 günlük inzibati həbsi barədə Yasamal Rayon Məhkəməsinin qərarının ləğvini istəyib.
Qədim Babayevin sədrlik etdiyi hakimlər kollegiyası isə şikayəti təmin etməyib. Qərar qüvvədə saxlanılıb.

A.Qasımlı mayın 29-da saxlanılıb. O, Landau küçəsində inzibati xəta törətməkdə və onu intizama dəvət edən polis əməkdaşının qanuni əmrinə tabe olmamaqda günahlandırılaraq, 30 gün inzibati həbs cəzası alıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo