Siyasət

Azər Qasımlı: “Helsinki görüşündən sonra dünyada xaotik vəziyyət daha da artacaq”

19 İyul, 2018
3565
"Zbiqnev Bjezinski həyatda olsaydı, Trampı ən çox, sərt şəkildə tənqid edən adam olardı"

İyulun 16-da Finlandiyanın Helsinki şəhərində Rusiya və  ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında görüş baş tutdu. Bütün dünyanın diqqət mərkəzində olan görüşdə ABŞ-Rusiya münasibətləri ilə yanaşı,  bir çox qlobal və aktual məsələlərin müzakirə olunacağı gözlənilirdi. Amma görüşdən sonra bir çox analitiklər həmin gözləntilərin özünü doğrultmadığı qənaətinə gəldilər. 

Toplum.Tv görüşün nəticələri ilə bağlı, REAL-ın Məclis üzvü, politoloq Azər Qasımlının fikirlərini öyrənib.

- Azər bəy, uzun aradan sonra Rusiya- ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasında Finlandiyanın Helsinki şəhərində görüş baş tutdu. Görüşdə əsas mövzular ABŞ-Rusiya münasibətlərin hazırki vəziyyəti, Rusiyanın seçkilərə müdaxiləsi, Krım, Suriya böhranı idi. Ümumilikdə bu görüşdən gözləntilər nə idi, və həmin gözləntilər özünü nə qədər doğrultdu?

- Trampla Putinin görüşü neçə il idi ki, həm analitiklər, siyasi şərhçilər, həm də dünya ictimaiyyəti tərəfindən gözlənilirdi. İki ölkə arasında ciddi problemlər var idi. Yəni, ilk növbədə ABŞ-ın, və o cümlədən də Avropa ölkələrinin Rusiyaya qarşı iqtisadi-siyasi sanksiyaları vardı, münasibətlər yaxşı deyildi. İstər ABŞ-Rusiya arasında olsun, istərsə də Rusiya-Qərb blokadasında münasibətlər gərilmişdi. Bu görüşdən əvvəl də ciddi, qlobal problemlər vardı. İlk növbədə Krımın işğalı, ikinci, soyuq müharibədən sonra hansısa bir ölkənin ərazisi bu şəkildə işğal olunması dünyada böyük rezonansa səbəb olacaq ciddi bir problem idi. Növbəti problem Ukraynada, Donbass bölgəsində Rusiyanın müdaxiləsidi, yəni işğal etməsələr də, bu gün bu müdaxilə bir faktdı. Üçüncü problem, Rusiyanın, Suriya məsələsinə müdaxiləsidir.  Qərb bloku da Rusiyanın bu bölgədə olmasını istəmir.  Dördüncü problem isə kiber hücumlar, ABŞ-da keçirilən seçkilərə Rusiyanın müdaxiləsidir. Gözləntilər isə o idi ki, ABŞ bir güclü ölkə olaraq üz-üzə görüş vasitəsiylə Putinə bir mesaj verməliydi ki, bundan sonra bu aqressiv siyasətini davam etdirsə Rusiyaya qarşı sanksiyaları daha da genişləndirəcək. Amma, təəssüf ki, dünya ictimaiyyəti bunun tam əksini gördü, lazım olmayan yerdə hətta, öz partnyorlarına qarşı aqressiyasını göstərən Tramp sanki Putinin qarşısında geri çəkilməli oldu.

- Putin Tramp görüşündən sonra nələrin dəyişəcəyini gözləyirsiniz?

- Helsinki görüşündən əvvəl olan NATO sammitində Tramp administrasiyası ilə Amerikanın əsas mütəffiqləri olan Avropa ölkələri arasında problemlərin olduğunun şahidi olduq. Təbii ki, belə olan halda Putin Qərb ölkələrində, ABŞ da Avropa ölkələrinin siyasi, demokratik sisteminin açıqlığını istifadə edərək ora kiber hücumları, Suriyada, Krımda və digər ölkələrdə öz aqressiv siyasətini davam etdirəcək. Hər halda, düşünürəm ki, yaxın illərdə Rusiyaya qarşı hər -hansı bir onu durduracaq yeni, qlobal bir sanksiyalar olmayacaq.

- Görüşdən sonra ekspertlər belə bir fikir səsləndirdilər ki, görüş Putinin üstünlüyü şəraitində keçib. Sizcə, bu üstünlük nələrdə özünü göstərəcək?

- Ekspertlər tamamilə doğru deyirlər, həqiqətən mətbuat konfransında  Putinin Trampdan daha güclü göründüyünün hər kəs canlı şahidi oldu. Hətta Amerika tarixində Tramp ilk prezident idi ki, Rusiya prezidenti qarşısında uduzdu. Jurnalistlərin Rusiyanın Amerika seçkilərinə müdaxiləsiylə bağlı Putinə verdikləri suala onun cavabı, sonra eyni suala Trampın olduqca zəif cavab verməsi və hətta, Rusiyanı dəstəkləməsi belə deməyə əsas verdi. Halbuki, Rusiya bu hücumu etmişdi, Rusiya dünyada özünü aqressiv şəkildə göstərib Suriyada, Krımda, Donbass bölgəsində. Buna baxmayaraq Tramp tam əksinə, Amerikanın kəşfiyyat idarəsini çox pis vəziyyətdə qoydu və onların doğru məlumat toplamadığını, doğru qərarlar vermədiyini və hətta yalan danışdığını qeyd etdi. Prezidentin öz dövlət orqanları haqqında bu şəkildə danışması mənfi haldı, hər halda medianın və dünya ictimaiyyətinin gözündən qaçmadı.

- Rusiya ilə görüşdən sonra keçirilən mətbuat konfransında Trump jurnalistlərdən birinin "Amerika seçkilərə Rusiyanın müdaxiləsi iddiaları ilə əlaqədar öz xüsusi xidmətlərinə yoxsa Putinə etibar edir?”sualına cavabında dedi ki, Rusiyanın müdaxiləsində heç bir səbəb görmür. Bir gün sonra isə fikrini dəyişərək "Rusiyanın müdaxilə etməməsi üçün heç bir səbəb görmədiyini” qeyd edib. Sizcə, Trumpın fikrini dəyişməsinə səbəb nədir?

- Həm Amerika daxilində  həm də, dünya ictimaiyyətində Trampın fikrinin dəyişməsi ekspertlər tərəfindən ciddi tənqid olundu. Bu cavablarına görə sonradan öz məsləhətçilərinin məsləhətləri nəticəsində fikrini dəyişdi. Amma söz bir dəfə deyilir. Mətbuat konfransında açıq bir şəkildə deyilmiş cavab var və hər kəs o cavabı qəbul edir. Bu da onu bir siyasətçi kimi zəif olduğunu, hazırcavab olmadığını, ciddi problemləri olduğunu açıq şəkildə göstərir.

- Ümumiyyətlə Rusiyanın 2016-cı il seçkilərinə müdaxilə etməsi barədə iddialar nə dərəcədə həqiqətə uyğundur? 

- Rusiyanın kiber hücumları, seçkilərə müdaxiləsi artıq bir faktdır. Konqresin təsdiq etdiyi və seçdiyi şəxs bu araşdırmaları aparıb və nəticəsi də mediada çıxıb. Yəni, açıq şəkildə belə bir müdaxilə olub. Sadəcə sual ondadır ki, bunun seçkilərə nə qədər təsiri olub. Bu suala da birmənalı cavab yoxdu. Mənim ehtimalıma görə isə Tramp artıq Amerikanın prezidentidi və bütün bunları yenidən gündəmə gətirmək, açıq şəkildə bəyan etmək Amerika daxilində müəyyən problemlər yarada bilərdi. Buna gorə də Tramp hesabatının bütün hissələrini açıqlamır.
 
- Bu iki ölkə arasındakı münasibətlər üçün bu görüşü nə dərəcədə doğru addım saymaq olar?

- Bu görüş çoxdan planlaşdırılmışdı. Olmalı idi. Amma təbii ki, hər kəs gözləyirdi ki, Tramp, Putindən açıq şəkildə tələb edəcək ki, dünyada apardığı aqressiv siyasətini, avtoritarizmi yaymağını durdursun. Lakin bunu heç kimi görmədi. Buna görə də, görüşün əhəmiyyəti azaldı. Amerika siyasi elitası anladı ki, prezidentin dəyişməsi, yeni şəxslərin gəlməsinə ehtiyac var.  

- Rusiyaya sanksiyalar xeyli müddət idi ki, müzakirə mövzusu idi. Bu görüşdən sonra sanksiyalar məsələsi yumşala bilərmi?

- Amerika-Rusiya münasibətlərində bir yumşama gözləmirəm.  Amma yeni sanksiyaların da yaxın perspektivdə olacağını düşünmürəm.

- Bu görüşün dünyadakı proseslərə nə kimi təsiri olacaq?

- Bu görüşün dünyadakı proseslərə təsiri o olacaq ki, Putin bu siyasətini davam etdirəcək. Hesab edirəm ki, əgər Zbiqnev Bjezinski həyatda olsaydı, Trampı ən çox, sərt şəkildə tənqid edən adam olardı. Bjezinskinin bir fikri var idi ki, soyuq müharibədən sonra Amerika dünya birinciliyində legitimlik qazanmışdı. Bütün o problemlərin həllində dünyada, hər kəs Amerika tərəfə baxırdı, müsbət bir dəyişikliklər, müdaxilələr  gözləyirdi. Amma oğul Buşun İraqa müdaxiləsindən sonra Amerikanın sanki birincilik legitimliyi zəiflədi. Ondan əvvə Klinton da böyük işlər görə bilərdi. Məsələn, İsrail-Fələstin, Koreya problemlərini həll edə bilərdilər, Çinlə münasibətləri fərqli qura bilərdilər. Bundan əlavə, Corc Buşun İraqa müdaxiləsini düzgün addım kimi qiymətləndirsələr də, onun da bu siyasəti davam etdirməsini, Yaxın Şərq bölgəsinə demokratiyanı gətirəcəyini gözləyirdi. Amma o da bunu edə bilmədi. Yəni hər üç prezident müəyyən səhvlər etdi. Daha sonra Obama dönəmi başladı. Lakin o zaman da Amerikada iqdisadi, maliyyə krizisi olduğundan Obama bununla məşğul oldu. Amma bu gün görünən odur ki, Amerika öz şansını itirdi, artıq Amerika özünə qapanmış bir ölkəyə çevrilməkdədir. Öz partnyorlarıyla, NATO mütəffiqləriylə savaş içinə girmiş olur. Bu da o deməkdir ki, dünyanı böyük xaos gözləyir. Helsinki görüşündən sonra dünyadakı xaotik vəziyyət daha da artacaq və hətta yeni konflikt ocaqları yaranacağını ehtimal edirəm. 

Nəzrin Bədəlli
Toplum.tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo