21:41, 19 İyul 2018 (Cümə axşamı) 429

"Azadlıq Radiosu" iki ölkədə xidmətlərini yenidən açacaq

"Azadlıq Radiosu" Rumıniya və Bolqarıstanda xidmətlərini açacağını bəyan edib.

ABŞ Konqresi tərəfindən maliyyələşdirilən radiostansiya Rumıniya və Bolqarıstan üçün xəbər xidmətlərini dekabr ayında açmağı planlaşdırır.

İyulun 18-də "Azadlıq Radiosu"-nun prezidenti Thomas Kentin mətbuat açqılamasında bildirib ki, o bu qərarın sözü gedən ölkələrdə azad mətbuatın yüksəlişinə, demoktaik dəyər və təsisatların inkişafına təkan verəcəyinə ümid edir.

Qeyd edək ki, hər iki ölkə Avropa İttifaqı və NATO üzvləridir.

Azadlıq Radiosu nun mətbuat açıqlamasında habelə deyilir ki, bu ölkələrdə "hökumət rəsmiləri, vətəndaş cəmiyyəti nümayəndələri və jurnalistlər dezinformasiya, korrupsiya və sosial parçalanmanın siyasi sistemləri sarsıtmasından narahatlıq ifadə ediblər”.

Rumıniya və Bolqarıstan 2007-ci ildən Avropa İttifaqına üzv olsa da, blokun ən korrupsiyalı ölkələri hesab olunurlar.

Bu yaxınlarda Rumıniyanın baş antikorrupsiya prokurorunun Konstitusiya Məhkəməsi tərəfindən vəzifəsindən uzaqlaşdırılması rumınların kütləvi hiddətinə səbəb olmuş, minlərlə etirazçı ölkə şəhərlərinin küçələrinə çıxmışdı. Sözü gedən prokurorun apardığı təhqiqat indiki və keçmiş rəsmilərə qarşı ittihamların irəli sürülməsi ilə nəticələnmişdi.

AzadlıqRadiosunun mətbuat açıqlamasında bildirilir ki, bolqar və rumın dillərində multimedia xəbərləri və təhlillərinin verilməsi dekabr ayında başlanacaq, radio ictimai cvabdehliyin təbliği və saxta xəbərlərin qarşısının alınması üçün yerli media təsisatları ilə layihələr əsasında əməkdaşlıq edəcək.

AzadlıqRadiosu Bolqar xidmətini 2004, Rumın xidmətini isə 2008-ci ildə bağlamışdı.

Soyuq müharibə illərində bir çox rumın və bolqar "Azadlıq Radiosu"nun verilişlərini maraqla dinləyərdi. Həmin illərdə bu ölkələrdə AzadlıqRadiosunu dinləmək cinayət əməli sayılırdı.
 
"Azadlıq.org"