Siyasət

"AXCP və Müsavat böyük səhvlərə yol verib"

23 Aprel, 2017
1718
Aprelin 23-də Müsavat Partiyasının qərargahında NİDA Vətəndaş Hərəkatının "Azərbaycanda demokratiyanın imitasiyası bitdi?” adlı müzakirəsi baş tutub. 

Toplum.Tv xəbər verir ki, mzakirədə məruzəçi kimi REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı, araşdırmaçı jurnalist Xədicə İsmayıl  və NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Məcid Mərcanlı çıxış edib. 

REAL İdarə Heyəti üzvü Azər Qasımlı demokratiyanın dünya nümunələrindən danışarkən demokratiya üçün ilkin şərtin iqtisadi artım olduğunu vurğulayıb: ”Hesablamalara görə bir ölkədə ümumdaxili məhsul 10000 dollardan aşağıdırsa, bu  zaman proses ləngiyir. İqtisadi artım üçün isə hüquqi dövlət yaradılmalıdır. Hüquqi dövlətin olmaması korrupsiya və özbaşınalığa gətirib çıxarır. İlk növbədə insanlara liberal haqlar verilməlidir”.

"Əgər 1992-1993-cü illərdə daha avtoritar idarəçilik olsaydı…”

Azər Qasımlı Azərbaycanda demokratiya ənənəsinin olmamasının səbəblərindən bəhs edərkən, AXCP–Müsavat hakimiyyətini də tənqid edib: "1991-1993-cü illərdə ciddi səhvlərə yol verildi. Deyə bilərsiniz ki, xarici faktorlar var idi, Azərbaycan yenicə müstəqillik əldə etmişdi, kadr problem, yeni hakimiyyətə gəlmiş iqtidar var idi və s. Bu mənim şəxsi düşüncəmdir ki, AXCP və Müsavat böyük səhvlərə yol verib. Açıq demək istəyirəm ki, o zaman "demokratiya oyunları” keçərli deyildi və bunu etmək də lazım deyildi. Hüquqi dövlət və iqtisadiyyat haqqında düşünmək lazım idi. Bunun əvəzinə demokratik hüquqlar verilməyə başladı. Əgər 1992-1993-cü ildə daha avtoritar idarəçilik olsaydı, 1993-cü ildən bu günə qədər davam edən proseslər baş verməzdi”. 

"Nə Elçibəyin, nə də Heydər Əliyevin resursları olub…”

REAL idarə heyəti üzvü hesab edir ki, Azərbaycanda demokratik sistem üçün İlham Əliyevin dövründə şərait olub, amma reallaşmayıb: "Azərbaycan neft hasilatından ildə 20-25 milyard dollar qazanmağa başladı. Hakimiyyətin islahatlar keçirmək üçün kifayət qədər resursu var idi. Nə Elçibəyin, nə də Heydər Əliyevin resursları olub. İlham Əliyev isə bunu istəmədi və etmədi. Ona görə də, imitasiya etmək məcburiyyətindədir. 2010-cu ildən imitasiyanın dozası azalmağa başladı və ən son referendumla bu həddə düşdü”. 

Yeni imitasiya dalğası...

Azər Qasımlı deyib ki,  yeni imitasiya dalğasına hazır olmalıyıq: "İmitasiyanın  iqtisadi səbəbləri var, Azərbaycan iqtisadiyyatı neft və qazdan asılıdır. Neft və qaz isə Qərbə satılır, yəni Azərbaycan hakimiyyətinin iqtisadi marağı bilavasitə Qərblə bağlıdır. Buna görə də imitasiya davam edəcək.

Onun sözlərinə görə, bu imitasiya öz cildini dəyişməyə parlamentdən başlayacaq və oyuna yeni oyunçular  daxil olacaq.

"Əgər imitasiyaya ehtiyac varsa, demək, demokratiya istəyi var"

Araşdırmaçı jurnalist Xədicə İsmayıl demokratiya imitasiyasının müsbət tərəfləri olduğunu qeyd edib. Onun fikrincə bu daxili  tələbdən irəli gəlir: "İmitasiya ona görə lazımdır ki, insanlar bunu tələb edir. Biz istəyirik ki, ölkəmizdə demokratiya olsun. Bu istəyi qarşılamaq üçün imitasiya edilir. Ölkədə kifayət qədər demokratiya istəyi var. Demokratiya prosesində baş tutmamış nəticə yoxdur. İnsanlar demokratiya, daha azad yaşamaq istəyirlər. Bundan ötrü alətləri işə salmaq lazımdır. 

Jurnalist hesab edir ki, demokratiya imitasiyasının səbəblərindən biri də hökumətin yanlış qərarların məsuliyyətini tək daşıya bilməməsidir: "Ona görə imitasiya edirlər ki, yalnış qərarlarının da məsuliyyətini bizimlə bölüşsünlər. Demək, biz hələ də məsuliyyəti daşıyanlarıq. Bu yaxşıdır, amma bunun pis tərəfi də var. Biz bu məsuliyyəti götürəcək gücdə deyilik. Hakimiyyət hesab edir ki,  beynəlxalq aləmdə imitasiya öhdəlikləri öz vətəndaşları önündə olandan daha çoxdur.  Onlar anlamalıdır ki, güclü vətəndaş öz ölkəsini güclü edir. Amma vətəndaşın öz ölkəsinin arxasında dayana bilməsi üçün də demokratiya lazımdır”. 

"Solovyovun müsahibəsi qeybətdir”

Xədicə İsmayıl Prezident İlham Əliyevin Vladimir Solovyov ilə olan müsahibəsinə də münasibət bildirib: "Bu açıq müsahibə deyildi, qeybət  idi. İlham Əliyevin bu  vasitə ilə Rusiyaya çatdırmaq istədikləri var idi. Hökumət Rusiyaya mesaj verdi ki, biz Avropa kimi deyilik və olmayacağıq. Avropaya verilən mesaj isə budur ki, sizin kimi olmağımızı istəsəniz buranı "saqqallılar” basacaq. Bu arqumentlərlə Azərbaycan hökuməti beynəlxalq ictimaiyyətin loyallığını daim təmin edib”. 

"Müxalifət hakimiyyətin qurduğu oyunun içərisinə girmiş olur"

"Dünyəvi muxalifətin aksiyaları başlayan kimi  dağıdılırdı, islamçılara isə aksiya keçirməyə icazə verilirdi. Hökumət həm də dünyəvi dövlətə qarşı olan təhlükələri imitasiya edir. Onlara lazımdır ki, Avropa bunu görsün. Bəlkə də, belə bir təhlükə var, amma fakt budur ki, bu təhlükənin mütəşəkkil olması üçün hökumət əlindən gələni edir. Hökumətin qurduğu bu oyunun içərisinə müxalifət də girmiş olur”. 
 
"Avropa özü də imitasiya edir”

NİDA Vətəndaş Hərəkatının idarə heyəti üzvü Məcid Mərcanlı referendumların demokratiya imitasiyası ilə bağlılığını şərh edib: "2009-cu il referendumu prezidentin 2 dəfədən artıq seçilməsini qanuniləşdirdi. Bu demokratiyanın son nəfəsi idi də deyə bilərik. Ondan sonra tamamilə öldü.  2013-cü ildə bu dəyişiklik sayəsində İlham Əliyev 3-cü dəfə prezident seçildi. 2016-cı il referendumu ilə  vitse-prezidentlik institutu yaradıldı”. 

"Düşünmürəm ki, Avropa ölkədə islam təhlükəsinin olmadığını bilmir. Avropalılar çox gözəl bilir ki, Azərbaycanda həbs olunanlar siyasi motivlə həbs olunub. Sadəcə, Avropa özü də imitasiya edir. Hələ ki bu, onlara sərf edir. Düşünmürəm ki, islahatlar olacaq", - Məcid Mərcanlı bildirib. 

Tədbirin sonunda iştirakçıların  sualları cavablandırılıb.
 
İzzətxanım Cabarlı
Toplum.Tv







Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo