Siyasət

AXCP üzvünün məhkəməsi başlayır

24 Aprel, 2017
504
Aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai rayon şöbəsinin gənclər komitəsinin həbsdəki sədri Fuad Əhmədlinin məhkəməsi davam edəcək.

Məlumatı onun vəkili Əsabəli Mustafayev verib.

F.Əhmədlinin məhkəməsi aprelin 13-də başlayıb. Amma proses az sonra təxirə düşmüşdü.

Səbəb cəbhəçi fəalın ittiham aktı ilə tanış olmaması göstərilmişdi. Cinayət-prosessual qanunvericiliyin tələbinə görə, cinayət materialları təqsirləndirilən şəxsə ən geci məhkəmə prosesinin başlanmasından bir həftə öncə təqdim olunmalıdır. Ancaq bu tələb F.Əhmədliyə münasibətdə pozulmuşdu.

Aprelin 13-dən bu yana F.Əhmədli materiallarla tanış olub.

Vəkilin bildirdiyinə görə, proses saat10:00-da başlayacaq.

Fuad Əhmədli 2016-cı il avqustun 18-də saxlanıb. Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq bildiriblər ki, F.Əhmədli «Azerfon» MMC-də çalışdığı müddətdə abonentlərin şəxsi məlumatlarını üçüncü şəxsə ötürüb.

F.Əhmədlinin mənzilində axtarış zamanı türkiyəli din xadimi Fethullah Gülen-in çıxışlarının olduğu kitablar, CD-disklər tapılıb.

Martın 6-da F.Əhmədli barəsində ittiham ağırlaşdırılıb: "Fuad Əhmədliyə əvvəlcə Cinayət Məcəlləsinin 302 (əməliyyat-axtarış fəaliyyəti üzrə qanunvericiliyi pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinin birinci bəndləri ilə ittiham verilmişdi. Sonra ittihamlar ağırlaşdırıldı və hər iki maddənin ikinci bəndləri ilə yeni məzmunda ittiham verildi. Fuad Əhmədli heç bir cinayət törətmədiyini, təqsirsiz olduğunu bildirib", – Ə.Mustafayev deyib.

Əgər əvvəlki ittiham üzrə F.Əhmədlini 3 il həbs cəzası gözləyirdisə, yeni maddələrlə ona 8 ilədək həbs cəzası verilə bilər.

Müdafiə tərəfi ittihamları "əsassız" adlandırıb. AXCP  bəyanat verərək, bunu onlara təzyiqlərin davamı kimi dəyərləndirib.
Azadlıq Radiosu 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo