Siyasət

AXCP sədrinin müavini "kars"dan çıxarılıb

27 İyul, 2017
572
AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlı iyulun 25-də "kars"dan (cərimə kamerası) çıxarılıb. "Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadənin isə iyulun 27-də, bu gün "kars"dan çıxarılacaq.

Bu barədə məlumatı Meydan TV-yə hər iki məhbusun vəkili Yalçın İmanov verib.

Yalçın İmanov deyib ki, iyulun 21-də səhər, sonrakı gün günortadan sonra havasızlıqdan səhhəti pisləşən Fuad Qəhrəmanlıya həkim müdaxiləsi olub, bundan sonra onun durumu normallaşıb. Və iyulun 25-də "kars"dan çıxarılıb:

"Fuad Qəhrəmanlının səhhəti ağırlaşmışdı, o havasızlıqdan əziyyət çəkdiyindən həkim çağırılıb. Taleh Bağırzadə sabah kamerasına qaytarılacaq. Fuad Qəhrəmanlıya 5, Taleh Bağırzadəyə isə 7 günlük "kars" cəzası veriblər. Səbəb onların sonuncu məhkəmə prosesində hakimə etirazları olub”.

Vəkilin sözlərinə görə, hər iki şəxsin məhkəmədəki davranışlarına əsasən cəzalandırılması qanunsuzdur. Çünki məhbuslar yalnız həbsxanada etdiklərinə görə "kars"a salına bilərlər.

Vəkil deyib ki, hər iki məhbusun həftənin sonunda Cəzaçəkmə Müəssisəsinə köçürüləcəyi gözlənilir. 

Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırzadə 20 il, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 10 il azadlıqdan məhrum ediliblər.

T.Bağırzadə və təşkilatın digər üzvləri - R.Cəbrayılov, Z.Mustafayev, C.Cabbarov, C.Babakişizadə, Ş.Abduləliyev, A.İsmayılov, R.Yariyev, A.Quliyev, İ.Xudaverdiyev, E.İsmayılov, B.Əskərov, Ə.Nuriyev, Ə.Vəliyev, F.Balayev, A.Tağızadə və A.Hüseynov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunurlar. Bu şəxslər 2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanılıblar.

F.Qəhrəmanlı isə 2015-ci il dekabrın 8-də həbs edilib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo