16:22, 24 Sentyabr 2018 (Bazar ertəsi) 347

Avtomobillərdə siqaret qadağası təklif edilir

Avtomobillərdə siqaret qadağası təklif edilir
Deputat: "Sürücü siqareti çəkən zaman kül şalvarına düşür, o da külü təmizləməyə çalışır”.

Milli Məclisin (MM) deputatı Araz Əlizadə avtomobillərdə siqaret çəkilməsinin qadağan olunmasını təklif edib.

Deputat bu təklifi MM-in Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında səsləndirib.

A.Əlizadə deyib ki, sürücünün siqaret çəkməsi idarəetmənin itirilməsinə səbəb ola bilər: "Sürücü siqareti çəkən zaman siqaretin külü şalvarına düşür, sürücü külü təmizləməyə çalışır, bu zaman da onun diqqəti yoldan yayınır. Ona görə də bunu qadağan etmək lazımdır”.

Report