Sosial

Avtobus qəzalarında səbəbkar kimdir: Sürücü, yoxsa daşıyıcı?

11 Oktyabr, 2018
2067
Son zamanlar ölkədə avtobus qəzaları çoxalıb. 

Hadisə zamanı xəsarət alanların, ölənlərin sayı da artıb. 

Buna misal olaraq oktyabrın 1-də Binə qəsəbəsində 160 nömrəli avtobus hərəkətdə olan qatarla toqquşub. 

Hadisə nəticəsində 2 nəfər həlak olub, 40 nəfər isə yaralanıb.
 
Avtobus qəzalarının baş verməsində məsuliyyəti kim daşıyır? Sərnişindaşıma işi ilə bağlı fəaliyyət göstərən özəl şirkətlərin bu qəzalarda rolu varmı?
 
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyir ki, baş verən qəzalarda hər dəfə sürücülərin günahkar kimi göstərilməsi onun üçün də müəmmalıdır:
 
 
"Avtomobil nəqliyyatı haqqında qanunda və Nazirlər Kabinetinin "avtomobil nəqliyyatı ilə sərnişin və baqajdaşınması qaydaları”nda göstərilib ki, avtobus sürücüsü işinə "DE” kateqoriyalı sürücülük vəsiqəsi olan, sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilən, yaşı 23-65 arası olan şəxslər işə götürülür. Həmçinin avtobus idarə etməyə buraxılmazdan əvvəl, namizəd xüsusi təlimə göndərilir. Orada əsas predment kimi, bir daha yol hərəkəti və sərnişindaşıma təhlükəsizliyi ilə  bağlı məlumatlar verilir. Xüsusi təlimdə yoxlamanı keçdikdən sonra işə buraxılır. Həmçinin, narkotik vasitə istifadəçisidirsə, əvvəllər məhkumluğu olubsa, xüsusi təlim zamanı məlum olur. Bəzən, avtobusun sahibi qanunsuz olaraq digər şəxsin avtobusu idarə etməsinə imkan verir, nəticədə  avtobuslarda iş zamanı hasısa bir maddədən istifadə edən sürücüylə qarşılaşırıq. Araşdırsan, o adamların heç sürücülük vəsiqəsi də yoxdu, rəsmi işçi sayılmır. Baş verən qəzalarda hər dəfə sürücülərin günahkar kimi göstərilməsi mənim üçün də müəmmalıdı. Hadisə geniş  araşdırılmalı, səbəbkar məsuliyyətə cəlb olunmalıdır”.
 
Ekspert Azər Allahverənovun sözlərinə görəsə birmənalı şəkildə demək olmaz ki, hansısa bir qəzada avtobus sürücüsü günahkardı:
 

"İstənilən hadisənin baş vermə səbəbləri var və demək olmaz ki, hansısa bir qəzada mütləq avtobus sürücüsü günahkardı.Baş vermiş qəzanın dərəcəsindən asılı olaraq istintaq qrupu yaradılır, tədqiqat aparılıb yekun rəy verilir. Bəzi hallarda, qəzalar hansısa piyadanın günahı ucbatından baş verir. Ümumiyyətlə, yol nəqliyyat hadisələrinin 60 faizində piyadalar iştirak edir. İstənilən halda, qəzayla bağlı istintaq qrupunun verdiyi yekun rəydə günahı sübuta yetirilən hər bir tərəfin konkret olaraq məsuliyyəti müəyyən olunur və bu da bizim qanunvericilikdə verilmiş imkanlar daxilində öz təsdiqini tapır”.
 
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Toplum TV-yə bildirib ki, bəzi sürücülərin avtobus idarə etmək üçün müvafiq  kateqoriyası və ya sürücülük vəsiqəsi yoxdur:
 
 
"Müntəzəm sərnişindaşımada sürücülərin işə qəbulu həmin marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyyəti ilə məşğul olan sahibkarlar tərəfindən həyata keçirilir. Çox təəssüf ki, sahibkarların əksəriyyəti sərnişindaşıma sahəsində sürücünü işə qəbul edərkən məsuliyyətsizlik edib laqeyd yanaşırlar və bunun nəticəsində bu gün sükan arxasında qeyri-peşəkar, sərnişinlərlə münasibətdə qeyri-etik davranan sürücülərə rast gəlirik. Bəzilərinin, ümumiyyətlə, avtobus idarə etmək üçün müvafiq kateqoriyası və ya sürücülük vəsiqəsi yoxdu. Bu cür şəxslərin sükan arxasında əyləşməsi onlara şərait yaradan  daşıyıcıların işə məsuliyyətsiz yanaşmasının nəticəsidi. Oktyabrın 9-da Nazirlər Kabinetinin doqquz ayın yekunlarına həsr olunan toplantısında prezident də bildirib ki, sərnişindaşıma işi ilə bağlı fəaliyyət göstərən özəl şirkətlər işlərində ciddi dəyişikliklər etməlidir. Bu fikir, daşıyıcılar, işinə məsuliyyətsiz yanaşanlar üçün sonuncu xəbərdarlıq idi”.
 
Nəzrin Bədəlli
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo