Dünya

Avropanın "həbsxana" otelləri

26 İyul, 2017
926
Avropanın bəzi ölkələrində əvvələr həbsxana kimi fəaliyyət göstərən binalar qonaq evinə çevrilib. Ancaq həmin hotellərdə xüsusi həbsxana kameralar da yaradılıb.

Almaniyanın elə də böyük olmayan Kayzerslautern şəhərciyində turistlərə qəribə hotel, daha doğrusu, həbsxana təklif olunur. Hazırda "Alcatraz Hotel” adlanan bu yer 1867-ci ildən 2002 -ci ilə qədər həbsxana kimi fəaliyyət göstərib. Hazırda hoteldə 56 nömrə var. Burada adi otel nömrələri ilə yanaşı həbsxana kameralarını xatırladan otaqlar da var. 

20 ədəd həbsxana kamerası olan "Celica Art” hosteli Sloveniyada ən məşhurlardan biridir. Nömrələrin hər birində həm qapılarda, həm də pəncərələrdə dəmirdən barmaqlıqlar var. Həbsxana hostelə çevrilərkən burada dünyanın müxtəlif yelərindən gəlmiş 80-dən çox rəssam iştirak edib. Hosteldə ümumi otaqlarda qonaqlamaq 24 avro, ayrı otaqlarda qalmaq isə 60 avrodur.

Bu hotel Böyük Britaniyada Oxford şəhərinin mərkəzində yerləşir. Əvvəlllər həbsxana kimi fəaliyyət göstərən bu yer 12-ci əsrdən işə başlayıb.

Hotel kimi fəaliyyət göstərən yerlərdən biri də İsveçrənin Bazel şəhərindəki " Hotel-Brasserie Au Violon” mehmanxanasıdır. 

"Erlebnishotel Jailhotel” İsveçrənin Lyuçerne şəhərində yerləşir. Hazırki hotel 1862-ci ildən 1998 -ci ilə kimi həbsxana kimi fəaliyyət göstərib. 

Karosta həbsxanası 1905-1997-ci illərdə həbsxana kimi istifadə olunub. Amma bundan əvvəl hospital olub. Həbsxanada əvvəl inqilabçıları, daha sonra çar ordusunun dənizçilərini və daha sonralar alman dezertirlərini dustaq ediblər.

Finlandiyanın Helsinki şəhərində yerləşən "Katayanokka hotel” də turistlərin diqqətini cəlb edən yerlərdəndir. Əvvəl həbsxana kimi fəaliyyət göstərən Katayanokka I Pyotrun əmri ilə tikilib. Hazırda mehmanxanada 4 növ otaq var.

Hotel İsveçin Stokholm şəhərində yerləşir. Həbsxana ölkə tarixində ən böyük cəza çəkmə məntəqəsi hesab olunur. Belə ki, həbsxanada 500-dən çox kamera var. Hətta həbsxanada ölüm hökmü də yerinə yetirilib. Hazırki hotel 1975-ci ilə kimi həbsxana olaraq fəaliyyət göstərib. Burada hətta müştərilərə həbsxana geyimləri də verilir. 

Mehmanxana Hollandiyanın Amsterdam şəhərində yerləşir. Hotel 2-ci dünya müharibəsi başlayandan 1963-cü ilə kimi həbsxana olub. Daha sonralar azyaşlılar üçün cəzaçəkmə yeri olub. Mehmanxanada hər cibə uyğun nömrələr var.
 







Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo