Siyasət

Avropa Məhkəməsi Əfqan Muxtarlı işini araşdıracaq

19 İyun, 2017
900
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) jurnalist Əfqan Muxtarlının işini araşdırmağa başlayıb. 

AİHM iyunun 8-də Azərbaycan hökumətinə jurnalistin işi ilə bağlı suallar göndərib.

Əfqan Muxtarlının vəkili Elçin Sadıqov Facebook hesabında deyib ki, həmin sualları cavablandırmaqdan ötrü 8 gün - iyunun 16-na kimi vaxt verilib.

 Hökumətin həmin suallara hansı cavab verdiyi, hələ ki, məlum deyil. Ancaq məhkəmə həmin cavablarla bağlı jurnalistin vəkillərini məlumatlandıracaq.

Avropa İnsan Haqları Məhkəməsi jurnalistin işini onun vəkillərinin Avropa Konvensiyasının 39-cu maddəsinə istinad edərək göndərdikləri şikayət üzrə araşdırmağa başlayıb.

E.Sadıqov AİHM-in araşdırmasının, artıq jurnalistin işinin istintaqında yeniliklərin baş verməsi ilə özünü büruzə verdiyini bildirib.


"Əfqan Muxtarlının işi ilə bağlı guya istintaq hərəkətlərinə başlanıb. Jurnalistin tibbi ekspertizasının nəticələri ilə bağlı qərarı bu gün (19 iyun) elan edəcəklər”, deyən vəkil bu qərarın anlaşılmaz olduğunu ifadə edib.

"Biz mayın 30-da vəsatət vermişdik. Əfqan Muxtarlının dərhal ekspertiza edilməsini tələb etmişdik. Məhkəmədə, bütün əlaqəli qurumlara müraciətimiz olmuşdu. Ancaq vəsatətlərimizin hamısı rədd edilmişdi. İndi isə deyirlər ki, işgəncədən 20 gün sonra qərarı elan edəcəyik”, – E.Sadıqov bildirib.

Onun sözlərinə görə, ekspertizanın qərarının verilməsi o zaman baş verir ki, xəsarət izləri tam silinib. Vəkil eyni zamanda Bakı İstintaq Təcridxanasının Ə.Muxtarlının üzərində heç bir xəsarət izinin olmaması barədə arayış tərtib edərək istintaqa təqdim etdiyini də qeyd edib.

"Əfqan Muxtarlı təcridxanaya aparılarkən ona tibb tarixçəsi açılıb. Həmin tarixçədə foto var. Fotoda jurnalistin üz nahiyəsindəki xəsarət izləri də aşkar görünür”, – vəkil deyib.
 

Jurnalist Ə.Muxtarlı mayın 29-da oturum icazəsi  aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil.

Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo