Siyasət

Avropa Məhkəməsi Azərbaycanı 90950 avro cərimələdi

12 Oktyabr, 2017
777
Oktyabrın 12-də Avropa Məhkəməsi 22 ərizəçinin Azərbaycana qarşı şikayəti üzrə qərarını elan edib. 

Toplum Tv xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı məlumat yayıb. 
 


"Bu şikayət ölkədaxili məhkəmə qərarlarının icra edilməməsi ilə bağlıdır. Hökumət bəzi işlər üzrə kompensasiyaların verilməsini əsas götürərək, onların siyahıdan çıxarılmasını xahiş edib. Lakin Avropa Məhkəməsi hesab edib ki, verilən kompensasiyalar adekvat deyil"- F. Namazlı bildirib.

Vəkil qeyd edib ki, məhkəmə Konvensiyanın 6.1 (ədalətli məhkəmə araşdırması hüququ) və Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozuntusuna dair qərar çıxarıb. Qərar əsasən ümumilikdə Azərbaycan hökuməti tərəfindən ərizəçilərə 90950 Avro ödənilməsini müəyyən edilib.

Ərizəçilərin adları: Arif İslamzadə, Almas Abdullayeva, Məzahir Bağırov, Namiq Haciyev, İsa Rüstəmov, Rəna Qasımova, Söhbət Qayıbov, Akif Xəlilov, Əziz Ağasbəyov, Elman Şahmuradov, Cümşüd İsmiyev, Nəcəfəli Babayev, Təbriz Həsənov, Şahlar Quliyev, Tahir Məcidov, Daşdəmir Əliyev, Leyla Məmmədova, Xaləddin Məmmadov, Kamil Nəcəfov, Məhəmməd Abbasov, Səlbi Baxşəliyeva, Ziyadxan Əhmədov.

Pərvanə Qurbanlı
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo