15:18, 11 Yanvar 2017 (Çərşənbə) 184

Avropa komissarı vətəndaşlara qarşı təzyiqləri pisləyib

Avropa komissarı vətəndaşlara qarşı təzyiqləri pisləyib
Bu barədə N.Mujnieks özünün Twitter səhifəsində yazıb

Avropa Şurasının insan hüquqları üzrə komissari Nils Mujnieks bloger Mehman Hüseynovun oğurlanmasını və işgəncələrə məruz qalmasını pisləyib.

"Vətəndaşlara qarşı pis rəftar, həbs və cərimələrə, onların qorxudulmasına son qoyulmalıdır”, - N.Mujnieks özünün Twitter səhifəsində yazıb.

"Polisin qanuni əmrinə tabe olmamaq"da ittiham edilən bloger və RATİ sədri Mehman Hüseynov 200 manat cərimə edilməklə azad edilib.

Mehman Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən ona işgəncə verilib.