21:16, 15 Oktyabr 2018 (Bazar ertəsi) 151

Avropa İttifaqı rəhbərləri "Brexit" sammitini müzakirə edəcəklər

Avropa İttifaqı rəhbərləri


/ DÜNYA
Oktyabrın 17-də Avropa İttifaqının (Aİ) 27 üzv dövlətinin rəhbərlərinin görüşü keçiriləcək.

"RİA Novosti” xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-dəki mənbə məlumat verib.

Məlumata görə, şam yeməyində bir araya gələcək dövlət və hökumət başçıları gələn ay "Brexit" məsələsinə həsr olunan fövqəladə zirvə görüşü keçirmək imkanlarını müzakirə edəcəklər.