17:33, 18 Mart 2018 (Bazar) 417

Avropa İnvestisiya Bankı niyə TANAP-a 1 milyard dollar ayırdı?

Avropa İnvestisiya Bankı niyə TANAP-a 1 milyard dollar ayırdı?
Avropa İnvestisiya Bankı (AİB) Azərbaycan qazını Türkiyə və Avropa bazarlarına nəql etmək üçün Türkiyə ərazisində inşa edilən Trans Anadolu qaz  kəməri (TANAP) üçün  1.15 milyard dollar kredit ayırıb.
 
TANAP-ın maliyyələşdirilməsinin elan edilməsi, ilk dəfə keçən ilin əvvəlində başlamış və iyun ayından etibarən bank tərəfindən aktiv şəkildə nəzərdən keçirilmişdi.
 
 

Layihənin ətraf mühitə təsiri ilə bağlı narahatlıqlara baxmayaraq, uzun müddətdir ki, Azərbaycanla bağlı insan haqları durumunun tənqidi və Türkiyə ilə Avropa Birliyi arasında gərgin münasibətlər də bu prosesi ləngidirdi.
 
Ötən ilin dekabrında Avropa Parlamentinin 33 üzvü AİB prezidenti Verner Hoyerə açıq məktub yazaraq, onu TANAP-ın maliyyələşdirilməsi planlarını dayandırmağa çağırmışdı. Onlar məktublarında Azərbaycanda və Türkiyədə korrupsiya və insan hüquqları ilə bağlı narahatlıqlarını ifadə etmişdi.
 
TANAP üçün kreditin təsdiqlənməsi, həm Ankaranın, həm də Brüsselin ötən il ərzində diplomatik əlaqələrdəki kəskin pisləşmədən sonraya təsadüf edib.
Əlaqələrdəki kəskin pisləşmə tərəflər arasındakı 2016-cı il müqaviləsi ilə bağlı idi.
Bu müqavilə ilə Avropa Birliyi Suriyadan gələn 3,5 milyon qaçqını yerləşdirməsi üçün Türkiyəyə 6 milyard avro həcmində yardım ödəməyi öhdəsinə götürmüşdü.
 

14 martda edilən bəyanatla Avropa Komissiyası Türkiyənin qaçqın proqramı üçün 3 milyard avroluq qrantın verilməsinə razılıq verdi. Buna baxmayaraq, komissiya, hələ də türklərin Şengen ölkələrinə səyahət üçün viza məhdudiyyətlərinin qaldırılmasına dair verdiyi sözü yerinə yetirməmiş qalır.
Boru kəməri uzun müddət Avropa İttifaqının Xəzər hövzəsindən Mərkəzi və Cənub Avropa bazarlarına qaz nəql etmək üçün nəzərdə tutulmuş "Cənub qaz dəhlizi"nin təməl daşıyıcısı olaraq qiymətləndirilir. TANAP regionu qazla təmin edən Rusiya qazı ilə rəqabət aparacaq. Hazırda bölgəyə qaz tədarükü demək olar ki, Rusiyanın 'monopoliyası' altındadır.
 
Layihənin payçıları 30%-lə BOTAŞ (Türkiyə), 58%-lə SOCAR (Azərbaycan), 12% -lə BP (Böyük Britaniya) olaraq müəyyən edilib.
 
TANAP bundan öncə Avropa Yenidənqurma və İnkişaf Bankından, Dünya Bankından və Asiya İnkişaf Bankından da dəstək əldə etmişdi.
 
Layihə 10-11 milyard dollar dəyərində qiymətləndirilir.
 
Boru kəməri ilk qaz nəqli bu ilin iyun ayında Türkiyəyə ediləcək.
 
İzzətxanım Cabarlı
Toplum tv