10:34, 13 Avqust 2018 (Bazar ertəsi) 159

Avqustun 13-də xarici valyutaların manata qarşı məzənnələri

Avqustun 13-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycan Mərkəzi Bankı 13 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 13-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9330 manat təşkil edir.

1 türk lirəsi 0,2520 manat, 1 rus rublu 0,0247 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6803 manatdır.