17:23, 08 May 2018 (Çərşənbə axşamı) 1913

Autizmli gənclər kökə bişirir

Bakıda Autizm sindromlu gənclərin çalışdığı "Kaşalata" adlı kafe fəaliyyət göstərir.

Kafedə 15-ə yaxın autizm sindromlu gənc fəaliyyət göstərir.

Onlar burada çay, kofe, kurabiyə, tost və buna bənzər digər təamları birlikdə hazırlayıb kafeyə gələn qonaqlara təqdim edirlər. 

Kafeyə gələn qonaqlar üçün  autizmli gənclər tərəfindən canlı müsiqi də ifa olunur. 

Onlar burada gün ərzində gələn qonaqlara xidmət edir və onların sifarişlərini bişirirlər.

Lalə İsgəndərli
Toplum.Tv