16:30, 18 İyun 2018 (Bazar ertəsi) 281

ATƏT yanında nümayəndəlik Azərbaycana səfər edəcək

ATƏT yanında nümayəndəlik Azərbaycana səfər edəcək
ATƏT-in 25 daimi nümayəndədən ibarət heyəti iyunun 18-dən 22-nə kimi Azərbaycan , Ermənistan və Gürcüstana səfər edəcəklər.

Bu barədə ATƏT-in saytı yazır.

Məlumata görə, onlar hər üç ölkədə rəsmilər və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəklər.

Məlumatda vurğulanır ki, səfərin məqsədi səfirlərin ATƏT öhdəlikləri və prinsipləri ilə stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirmələridir.-0-