18:59, 19 Mart 2018 (Bazar ertəsi) 253

ATƏT: Rusiyada prezident seçkisində "əsl rəqabət" mühiti yaradılmayıb

ATƏT: Rusiyada prezident seçkisində
Rusiyada prezident seçkisində "əsl rəqabət" mühiti yaradılmayıb və seçicilərin real seçimi olmayıb. 

"Azadlıq Radiosu" xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) deyir.

"Fundamental sərbəst toplaşma, birləşmə və ifadə azadlıqlarına məhdudiyyətlər siyasi iştirak məkanını daraldıb və sonucda əsl rəqabətin olmadığı bir mühit yaranıb", - ATƏT-in qısamüddətli müşahidə missiyasının lideri və xüsusi əlaqələndirici Michael Georg Link martın 19-da mətbuat konfransında jurnalistlərə deyib.

Artıq bülletenlərin 99,8 faizi sayılıb və MSK hazırkı prezident Vladimir Putin-in səslərin 76,7 faizini topladığını bildirir.

Link deyib ki, ATƏT-in fikrincə, komissiya seçkini nizamlı keçirib, effektli idarə edib.