00:04, 13 Aprel 2018 (Cümə) 546

ATƏT-in mətbuat konfransında qalmaqal yaşanıb - VİDEO

Aprelin 12-də ATƏT-in müşahidə missiyası prezident seçkilərinin müşahidəsi ilə bağlı mətbuat konfransı keçirib. 

Müşahidə missiyasının üzvləri bəyanatda bildiriblər ki, seçki prosesi hüquq və azadlıqların məhdudlaşdırıldığı bir mühitdə həqiqi rəqabətin olmadığı şəraitdə keçirilib. Müşahidə missiyası bu bəyanatı oxuduğu zaman "Iki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Xalq qəzeti”nin  əməkdaşı Əliqismət Bədəlov və digərləri etiraz ediblər. 

Etiraz zamanı ATƏT-in missiya üzvləri zalı tərk edib. Qısa fasilədən sonra üzvlər yenidən bəyanatı oxumağa davam ediblər. 


Daha sonra tədbir iştirakçıları üzvlərə suallarını ünvanlayıb.
 
Səyyarə Məmmədova
Gülnar İsmayıl
Toplum Tv