11:27, 16 Oktyabr 2018 (Çərşənbə axşamı) 158

Ağsuda zəlzələ qeydə alınıb

Ağsuda zəlzələ qeydə alınıb
Qobustan stansiyasından 26 km cənub-qərbdə Ağsu ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 08:27:57-də baş vermiş yeraltı təkanların gücü 3,4 bal təşkil edib.

Ocağı 4 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Bu gün yerli vaxtla saat 04:27:58-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb.

Baş vermiş yeraltı təkanların gücü 3,3 bal təşkil edib.