14:40, 22 İyun 2018 (Cümə) 100

Ağsu dolaylarında yol çöküb

Ağsu dolaylarında yol çöküb
Bakı-Şamaxı-Yevlax yolunda çökmə olub.

Hadisə yolun Ağsu dolaylarından keçən hissəsində baş verib.

Yolun çökən hissəsi bağlanıb və avtomobillərin girişi qadağan edilib. Hazırda nəqliyyat vasitələri həmin ərazidə çəkilmiş alternativ yoldan istifadə edirlər.

Ağsu dolaylarında son illərdə bir neçə dəfə çökmə hadisəsi baş verib.