14:56, 16 May 2018 (Çərşənbə) 69

AŞPA Səməd Seyidova sanksiya tətbiq edib

AŞPA Səməd Seyidova sanksiya tətbiq edib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞPA üzvlərinə qarşı sanksiyalar tətbiq edib.

APA-nın xəbərinə görə, sanksiyalar Pedro Arqamunta 10 il, digər üzvlər Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı 2 il ərzində qüvvədə qalacaq.

Səməd Seyidov Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədridir. Həmçinin Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.