Siyasət

AŞPA məruzəçisi Fikrət Hüseynlinin həbsindən narahatdır

21 Oktyabr, 2017
940
AŞPA-nın İnterpol sistemindən sui-istifadələr üzrə xüsusi məruzəçisi Bernd Fabrisius azərbaycanlı jurnalist, Niderland vətəndaşı Fikrət Hüseynlinin Ukraynada saxlanması ilə bağlı bəyanatla çıxış edib.

O, jurnalistin həbs edilməsi ilə bağlı narahatlığını bildirib.

"Siyasi məqsədlərlə jurnalistlərin və siyasətçilərin məsuliyyətə cəlb edilməsi və cəzalandırılması üçün İnterpoldan istifadə məsələlərini araşdıran şəxs kimi son vaxtlar baş verən hadisələrdən çox narahatam. Təəssüf ki, bir neçə gün öncə azərbaycanlı jurnalist, Niderland vətəndaşı Fikrət Hüseynli Ukraynada saxlanılıb. Və bu dəfə saxlanma İnterpolun xəttilə həyata keçirilib",- o bildirib.

Onun məruzəsi əsasında AŞPA qətnamə qəbul edib. Sənəddə bəzi avtoritar rejimlərin İnterpoldan müxalifətçilərin cəzalandırılması üçün alət kimi istifadə etməsinə son qoyulması tələb olunur.

Sənəddə qeyd olunur ki, son hadisələr bu tələbin yerinə yetirilməsinin vacibliyini göstərir.

Fikrət Hüseynli 2008-ci ildə Azərbaycandan mühacirət edib və Niderlandda siyasi sığınacaq, sonra isə vətəndaşlıq alıb

F.Hüseynli oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Azərbaycanın sorğusu əsasında saxlanılıb. O, dələduzluq və sərhəddi qanunsuz keçməkdə ittiham olunur.

Oktyabrın 17-də məhkəmə onun barəsində 18 sutka həbs qətimkan tədbiri seçib. Jurnalist ittihamı qəbul etmir. -03D06-



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo