Siyasət

AŞPA Gültəkin Hacıbəyli barədə qərarı dəyişib

6 Sentyabr, 2018
2096
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İmmunitetlər və Prosedur Qaydaları Komitəsi iyunun 28-də sabiq deputat, Milli Şuranın beynəlxalq məsələlər üzrə koordinatoru Gültəkin Hacıbəyli haqqında qəbul etdiyi qərarı ləğv edib.

Bununla bağlı  Gültəkin Hacıbəyli öz "Facebook” səhifəsində yazıb.

Gültəkin Hacıbəylinin sözlərinə görə, qərar sentyabrın 3-də ləğv edilib: 
"Sentyabrın 3-ü tətildən sonra Parisdə keçirilən ilk iclasında AŞPA-nın İmmunitetlər və Prosedur Qaydaları Komitəsi mənimlə bağlı 28 iyun tarixindəki son iclasında qəbul etdiyi absurd və gülünc qərarını yekdilliklə ləğv edib və mənim adımı sanksiya siyahısından çıxarıb. Bununla da, Azərbaycan hakimiyyətinin mənə qarşı növbəti bir təxribatı iflasa uğradı. Komitə AŞPA-da korrupsiya olaylarının 2012-2015-ci illəri əhatə etdiyini, mənim isə 2010-cu ildən sonra bu qurumla hər hansı bağlantımın olmadığını nəzərə alıb, məni "Kürü diplomatiyası" ilə bağlı, ümumiyyətlə, sorğulamadı. Yəni, adım istintaqa dəvət olunanların siyahısına yanlışlıqla daxil edilibmiş”.
İyunun 27-də Avropa Şurası Parlament Assambleyasının saytında Parlament Assambleyasında ayrı-ayrı deputatların və keçmiş AŞPA üzvlərinin Korrupsiyası İttihamları üzrə Müstəqil İstintaq Orqanının Məruzəsi dərc edilmişdi.

Məruzədə korrupsiya faktlarında özünü göstərən etik normaların pozulmasında təqsirli bilinən 29 deputatın adı açıqlanıb.
AŞPA-ya daxil olmaq hüququndan məhrum edilənlər arasında səlahiyyətləri 2010-cu ildə başa çatmış keçmiş azərbaycanlı deputat Gültəkin Hacıbəylinin də adı çəkilir. Məruzədə qeyd edilir ki, onun əməllərində etik normaların cüzi pozuntusu olub.
 
Lalə İsgəndərli
Toplum Tv



Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo