14:53, 23 Aprel 2018 (Bazar ertəsi) 50

AŞPA-dakı nümayəndə heyəti Yerevana qayıdır

AŞPA-dakı nümayəndə heyəti Yerevana qayıdır
Ermənistanın AŞPA-dakı nümayəndə heyəti Yerevana qayıdır.

Bu barədə Ermənistan KİV-inə nümayəndə heyətinin üzvü, Ermənistan Respublika Partiyası (ERP) fraksiyasının nümayəndəsi Samvel Fərmanyan məlumat verib.

O, ERP-dan olan nümayəndə heyəti üzvlərinin artıq Yerevanda olduğunu, "Tsarukyan" fraksiyasının nümayəndələrinin isə hazırda qayıtmaqda olduğunu bildirib.

Qeyd edək ki, bu gün Strasburqda AŞPA-nın sessiyası başlayır və Ermənistanın nümayəndə heyəti sessiyada iştirak etmək niyyətində idi.

Xatırladaq ki, Yerevanda müxalifətin mitinqləri aprelin 13-dən bəri keçirilir. Müxalif tərəfdarları aprelin 17-də parlament tərəfindən baş nazir seçilən Serj Sarqsyanın istefasını tələb edir. Ermənistan Baş Prokurorluğu aprelin 22-də parlamentin müxalifət partiyalarının deputatları Nikol Paşinyan, Ararat Mirzoyan və Sasun Mikaelyanın qanunsuz mitinq keçirdikləri üçün saxlanıldığını təsdiqləyib.

report.az