14:04, 11 Oktyabr 2017 (Çərşənbə) 43

AŞPA-da "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı hesabat qəbul edildi

AŞPA-da
Avropa Şurasının Parlament Assambleyasının payız sessiyası çərvivəsində oktyabrın 11-də Azərbaycanla bağlı "Azərbaycanda demokratik təsisatların fəaliyyəti" adlı hesabat müzakirəyə çıxarılıb.

Azərbaycan nümayəndə heyyəti kütləvi etiraz aksiyaların keçirilməsi, prokurorluq orqanlarının sifarişlə fəaliyyət göstərməsi, hakimiyyətin nəzarətində olması və digər hissələrinin dəyişdirilməsini təklif ediblər. Səsvermədən sonra bu dəyişikliklərin heç biri qəbul olunmayıb.

Hesabatı həmməruzəçilər Stefan Şennax və Sezar Florin Preda hazırlayıblar.

117 nəfər sənədin lehinə, 18 nəfərsə əleyhinə səs verib və sonda qəbul olunub.

Bundan sonra AŞPA "Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar" adlı hesabatın müzakirəsinə başlanıb.

Hesabata siyasi səbəblərlə həbs sözü əlavə olunub.

Səməd Seyidov buna kəskin etiraz bildirib. Deyib ki, hesabata istənilən kəlməni əlavə etmək olar:

"Amma bu həqiqət deyil. Biz dialoq aparmaq üçün əlimizdən gələni edirik. Amma siz durumu daha da şişirdirsiniz", Seyidov bildirib.