14:16, 24 May 2018 (Cümə axşamı) 32

Aşağı siniflər üçün summativlərdə dəyişiklik olacaq

Aşağı siniflər üçün summativlərdə dəyişiklik olacaq
Azərbaycanda gələn tədris ilindən orta məktəblərdə azyaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında təhsil naziri Ceyhun Bayramov bildirib.

O qeyd edib ki, bu istiqamətdə işlər gedir, tədqiqatlar aparılır: "Hesab edirəm ki, xüsusi olaraq aşağı yaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə növbəti tədris ilində bir sıra dəyişikliklər nəzərdə tutulacaq”.