Sosial

"Arxlar qazırıq, bəndlər düzəldirik, xeyri yoxdur"

10 Aprel, 2018
808
"İkinci ildir ki, kanalizasiya boruları sıradan çıxır, çirkab sular ümumilikdə azı 100 hektar torpaq sahəsinə axır, kəndlilərin taxılını zay edir, təsərrüfatlara ziyan vurur”.

Bunu Meydan TV-yə Xaçmazın Yergüc kənd sakinləri deyir.

Kənd sakini Hafiz Miriyevin sözlərinə görə, yaxınlıqdakı yerin üst qatıyla çəkilmiş kanalizasiya boruları tez-tez sıradan çıxır. Nəticədə yergüclülərin əkin sahələri çirkab axıntılarla dolur, insanların həm əməkləri zay olur, həm də məhsulları…

"Arxlar qazırıq, bəndlər düzəldirik, xeyri yoxdur"

"Kəndlilər əsasən taxıl əkir. İki ildir xeyrini görə bilmirik. Keçən il bütün sahə kanalizasiya suları altında qaldı. Hər yerə müraciət eləmişik. Gəlib yalandan borularda guya təmir işləri aparıb gedirlər. Arxlar qazırıq, bəndlər düzəldirik ki, kanalziasiya suları əkin shələrimizə girməsin, ancaq xeyri yoxdur. Borular partlayanda çirkab suların axını güclü olur deyə bəndləri də dağıdır, arxlar dolub daşır. Borc-xərclə əmələ gətirdiyimiz məhsul zay olur”.

"Torpaqlarımız tamamilə məhv olacaq"
 
Kənd sakini Aydın Əspəndiyev isə deyir, kəndlilərin istədiyi odur ki, kanalizasiya boruları yerin altıyla çəkilsin:

"Əkin sahələrinin yaxınlığından ötmək olmur, üfunət iyindən beyin çatlayır. Oradan toplanan məhsul nə olacaq ki? Məcburuq, taxılı yenə biçməyək, keçənilki kimi yenə sahələrdə qalsın. Onsuz da artıq zay olub. Söhbət 100 hektara yaxın əkin sahəsindən gedir. Bu sahələr xeyli ailənin yeganə dolanışıq yeridir. İstəyirik ki, xətləri yerin üstündən yığışdırıb altı ilə çəksinlər. Yoxsa bu torpaqlar tamamilə məhv olacaq, bu sahələrdə gələcəkdə əkin işləri apara bilməyəcəyik”. 
İş orasındadır ki, kanalziasiya suları bəzi kəndlərin ərazisindəki içməli su bulaqlarının suyuna da qarışır. Həm insanlar, həm də heyvanlar həmin su ilə qidalanır. Çirkab sular həyətyanı bostanlara, meyvə bağlarına da axır.

Hüquqşünas: "Kəndlilər təzminat tələb edə bilərlər"

Xaçmazın İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, rayonun müvafiq qurumları məlumatlandırılıb və problemin qarşısı qismən alınıb. Qurumdan o da bildirilib ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmazda içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri həyata keçirilir. Yaxın vaxtlarda oxşar problemlərə həmişəlik son qoyulacaq.

Hüquqşünas Vaqif Alıyev isə deyir, əgər əkin sahələrinə zərər su təchizatına məsul qurumların səhlənkarlığı üzündən dəyibsə, kəndlilər həmin qurumları məhkəməyə verə, təsərrüfata dəymiş zərərin ödənilməsini tələb edə bilərlər.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo