15:16, 18 Aprel 2018 (Çərşənbə) 190

ARDNF-in aktivləri 38 mlrd. dollara yaxınlaşıb

ARDNF-in aktivləri 38 mlrd. dollara yaxınlaşıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 4 424,2 mln. manat, büdcə xərcləri isə 2 344,2 mln. manat təşkil edib. 

I rüb ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 303,3 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından gəlirləri 3 533 mln. manat, bonus ödənişləri 765,2 mln. manat, tranzit gəlirləri isə 5,1 mln. manat təşkil edib. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 120,9 mln. manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 779,9 mln. manat təşkil edib.

 
Hesabat dövründə ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 2 299 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 30,3 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 8,1 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 1,4 mln. manat vəsait ayrılıb. 0,5 mln. manat "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. ARDNF-in idarə edilməsi ilə bağlı xərclər 4,9 mln. manat təşkil edib.


Aprelin 1-nə Fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 mln. ABŞ dolları) nisbətən 5,1% artaraq 37 631,7 mln. dollara bərabər olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişkənliyi fərqi hesabına təmin edilib. 




report.az