Sosial

Aqil Ələsgərin saxlandığı bildirilir

1 Avqust, 2018
1704
"Yeni Çağ" Media Qrupunun rəhbəri, jurnalist Aqil Fərəcovun (Aqil Ələsgər) saxlandığı bildirilir.

"Yeni Çağ" saytının xəbərinə görə, A.Ələsgərin həyat yoldaşı Günay Fərəcova əri ilə iyulun 30-dan əlaqə saxlaya bilmədiklərini açıqlayıb: «Aqil Ələsgərlə sonuncu dəfə iyulun 30-u, saat 19:00 radələrində əlaqə saxlamışıq. Danışanda bizə dedi ki, tezliklə evə gələcək, ancaq axşam saat 21:50-dən sonra mən və anası dəfələrlə zəng etsək də, nə zənglərimizə, nə də WhatsApp mesajlarımıza cavab verdi».

G.Fərəcova deyib ki, A.Ələsgər sonuncu dəfə taksi xidmətindən istifadə edib. Xanımının bildirməsinə görə, sürücü deyib ki, taksini Qala yolunda naməlum şəxslər saxlayıb və həmin şəxslər A.Ələsgəri özləri ilə aparıblar.

G.Fərəcova vurğulayıb ki, 102 xidmətinə müraciət ediblər, Xəzər Rayon Polis İdarəsinin 1 saylı Polis Bölməsində izahat veriblər, amma hələ ki, cavab ala bilməyiblər.

G.Fərəcova A.Ələsgərin tapılmasından ötrü ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına müraciət etdiyini də deyib.

Mətbuat Şurasının sədri Əflatun Amaşovun da A.Ələsgərin saxlanıldığını təsdiqlədiyi bildirilir. Şura sədri Facebook-da yazıb ki, A.Ələsgərin yaxınları da bu məsələ ilə bağlı onlara müraciət edib: «Bütün əlaqədar qurumlarla təmaslar qurduq. Aldığımız ilkin məlumat bu oldu ki, Aqil Ələsgəri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb».

Şura sədri deyib ki, iş günü sona çatdığından məsul şəxslərlə əlaqə yarada bilməyib, avqustun 1-də Mətbuat Şurası adından DİN-ə müraciət edəcək.

Məsələyə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

A.Ələsgər "Yeni Çağ" Media Qrupunu 2007-ci ildə yaradıb və həmin vaxtdan da bu qrupa rəhbərlik edir. Qrupun eyniadlı saytı fəaliyyət göstərir.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo