15:11, 06 Mart 2018 (Çərşənbə axşamı) 134

Apreldə “Suriya sammiti” keçiriləcək

Apreldə “Suriya sammiti” keçiriləcək
Gələn ay Türkiyə, Rusiya və İran Suriyadakı durum, regionda potensial tədbirlərlə bağlı sammit keçirəcək. Bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü martın 6-da deyib.

Hami Aksoy sammitin harada baş tutacağını açıqlamayıb. Hələlik, nə Rusiya, nə də İran bu informasiyanı təsdiqləyib.

Ankarada mətbuat konfransında danışan Aksoy deyib ki, Türkiyə ABŞ rəsmilərindən Suriyadakı YPG kürd qruplaşmasına verilən silahların geri alınmasını istəyəcək.

Türkiyə və ABŞ rəsmiləri martın 8-9-da Vaşinqtonda görüşəcəklər.

Aksoy-un deməsinə görə, xarici işlər naziri Mevlut Cavusoglu matın 12-14-də və 19-da Vaşinqtona səfər edəcək.

O, ABŞ dövlət katibi Rex Tillerson-la görüşəcək.

Aksyon onu da deyib ki, Cavusoglu Almaniyaya səfəri zamanı Suriya kürdlərinin keçmiş lideri Saleh Muslim-in ekstradisiya məsələsini müzakirə edəcək. Türkiyə onun ekstradsiyasımı istəyib, amma Çexiya məhkəməsi ötən həftə Muslim-i azadlığa buraxdı.