20:04, 20 Aprel 2018 (Cümə) 71

Apellyasiya məhkəməsi cəbhəçiləri azadlığa buraxmayıb

Apellyasiya məhkəməsi cəbhəçiləri azadlığa buraxmayıb
Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati qaydada həbs edilmiş üzvlərindən bəzilərini azadlığa buraxmaqdan imtina edib.

"Azadlıq Radiosu"nun verdiyi xəbərə görə, bu gün, aprelin 20-də həbsdəki üzvlərin 4-nün apellyasiya şikayətinə baxılıb.

Aprelin 14-də Milli Şura və Müsavat Partiyasının birgə keçirdiyi mitinq zamanı Saqif Qurbanov, İsmayıl Həsənov, Baba Süleymanov və Əli İmanxanlının inzibati qaydada həbs edilib. 

Abşeron Rayon Məhkəməsinin polisə müqavimət ittihamı ilə onların hər birinə 15 günlük inzibati həbs cəzası verdiyi deyilir.

AXCP-dən "Azadlıq Radiosu"-na bildirilib ki, onlar Milli Şura və Müsavat Partiyasının aprelin 14-də keçirilən aksiyasından öncə şərlənərək həbs edilib. 

Verilən məlumata görə, onların apellyasiya şikayətində aşağı məhkəmənin qərarının əsassız olduguna görə qərarın ləğv edilməsi istənib. Ancaq Bakı Apellyasiya Məhkəməsinin cəbhəçilər barədə qərarların heç birini dəyişmədiyi açıqlanıb.

AXCP-dən bildirilib ki, partiya üzvləri Avropa İnsan hüquqları Məhkəməsinə şikayət edəcəklər.

Məhkəmə materiallarına görə, Saqif Qurbanov, İsmayıl Həsənov, Baba Süleymanov və Əli İmanxanlı aprelin 13-də saxlanıblar.