19:31, 12 Oktyabr 2017 (Cümə axşamı) 263

"Antartikada Azərbaycan boyda dəlik yaranıb"



/ DÜNYA
Antarktikada sahəsi Azərbaycan və ya Egey Dənizi Bölgəsinin sahəsi ilə müqayisə ediləcək böyüklükdə dəlik əmələ gəlib.

Toplum.Tv-nin "Motherboard”a istinadən xəbərinə görə, Toronto Universitetinin atmosfer fizika professoru Dr Kent Moore açıqlayıb ki, Antaraktidada sanki buzda bir deşik açılıb.

Bu cür oyuqların, adətən, Antarktidanın sahil bölgələrində meydana gəldiyi məlumdur. Ancaq bu dəfə sözügedən dəliyin buz kənarından yüzlərlə kilometr məsafədə səbəbi məlum olmayan proseslər səbəbindən ortaya çıxdığı bildirilir. 

Professor əlavə olaraq deyib ki, əgər peykimiz olmasaydı, bu dəliyin orada meydana gəldiyini bilə bilməzdik.

Eyni bölgədə 1970-ci illərdə oxşar dəliyin açıldığını, amma texniki çatışmazlıq üzündən elm insanların lazımi araşdırma aparmadığını bildirən Moore, "İndi bu dəlik geri döndü" - deyə əlavə edib.

Moore və həmkarları, peyklər və robotların köməyi ilə, 1970-ci illərdə cavabsız qalan suallara aydınlıq gətirməyə çalışacaq. Professor bu dəfə daha çox məlumata malik olduqlarını deyib.

Ofelya Ramilqızı
Toplum.Tv