Siyasət

Anar Bağırov şifahi müsabiqədən danışdı: "Bəlkə, bu adamın nitqi yoxdur"

14 May, 2018
2450
Vəkillər Kollegiyanın müsabiqə mərhələsindən narazıdırlar. 

"Müsahibə mərhələsi ilə bağlı ciddi problemlər var idi. Problemlərin başlanğıc nöqtəsi odur ki, ümumiyyətlə, bu müsahibə mərhələsidi və qanunvericilikdə də nəzərdə tutulub ki, müsahibə mərhələsində şəxslərə qanunvericilikdən, onların iş fəaliyyəti ilə, əvvəllər gördüyü işlərlə bağlı suallar verilir və s. Amma nədənsə bunu Vəkillər Kollegiyası çevirib şifahi imtahan formasına”.

Bunu hüquqşünas Tural Hacıbəyli deyir. O da Vəkillər Kollegiyasına üzv olmaq üçün keçirilən imtahanın 2-ci mərhələsindən adlaya bilməyib. 
 
 

Bu barədə Toplum Tv-yə danışan Tural Hacıbəyli deyir ki, ikinci mərhələ ilə bağlı ciddi problemlər var: "Faktiki olaraq 5 sual verilir və 5 sualın cavabının nəticəsində keçib-keçməməsi müəyyən olunur. Əslində bu adamın hüquq-müdafiə bacarığının olub-olmaması, ərizə, şikayət yaza bilib-bilməməsi, adamın bu vaxta qədər hansı işlə məşğul olması yoxlanılmır. Ola bilər ki, bir adam nümayəndə kimi həmişə hüquq müdafiəsi ilə məşğul olmayıb, dəllallıqla məşğul olub, bunu heç kim yoxlamır. Təkcə qanunveriliciliyi bilmək kifayət etmir. Bu adamın praktik vərdişlərinin olub-olmaması da yoxlanılmır. Bu gün həmin şəxslərin vəkilliyə qəbul olan və and içən namizədlərin şikayət yaza bilib-bilməməsi ilə bağlı heç bir məlumatı yoxdur. İkinci mərhələdə hansı meyarları qiymətləndirirlər, bunu heç kim bilmir. Sualların kimin tərəfindən seçilməsi bəlli deyil. Sualların kriteriyaları necə müəyyən olunur, bilinmir. Bir namizədə çox asan, digər namizədə isə çox çətin sual verilir. Yanaşma çox fərqlidir”.

"Birinci mərhələdə verilən suallara oxşar sualların verilməsi düzgün deyil"

Hüquqşünas Ruslan Mustafazadə də deyir ki, hər iki mərhələdə oxşar suallar verilirdi: "Suallar elə də çətin deyildi.  Bizdən əvvəl və bizdən sonrakı mərhələdə qruplara daha çətin suallar verilmişdi. Bizə də vergi ilə bağlı sual verilmişdi. Bu, vəkilin praktikasında çox nadir olan bir şeydir. Vəkillər Kollegiyasının üzvlərinin 90 faizi o sualın cavabını bilməyəcək. Çünki praktikada bununla rastlaşmırlar. Hamı demək olar ki, eyni səviyyədə cavab verib. Qanunvericiliklə bağlı suallar idi. Əslində, mən hesab edirəm ki, imtahan xarakterli olması düz deyil.
 
 
Çünki test üsulu olan imtahanda iştirak etmişik, qarşıya qoyulan tələbi, yəni 60 balı toplamışıq və keçmişik. 1900-ə yaxın insanın içindən keçən 600 nəfər hüquqla bağlı bu suallara cavab verdi. Keçən o 600 nəfər öz savadı və biliyini təsdiq etmiş adamlar idi. Onları yenidən imtahana çəkilməsi düzgün deyil. İkinci mərhələ şifahi imtahan mərhələsidir, şifahi müsahibə mərhələsidir. Hesab edirəm ki, şifahi müsahibədə birinci mərhələdə verilən suallara oxşar sualların verilməsi düzgün deyil. Bu sualları test imtahanına salıb verə bilərdilər. İmtahandan keçmiş adamı yenidən imtahana salmağı doğru hesab etmirəm”.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov saytımıza verdiyi açıqlamada deyib ki, bütün dünyada imtahanlar 2 mərhələdən ibarətdir: "Qanuna görə, bu imtahan iki mərhələdən ibarətdir.
 
 
Bu mərhələlər yazılı və şifahi söhbətdir. Şifahi müsahibədə kimsə kəsilibsə, təbii ki, narazı ola bilər. Sualların çətin olduğunu deyə bilər. 100 nəfərdən 10 nəfər kəsilirsə, bu elə də yüksək göstərici deyil. Digər qurumlarda şifahidə bir qayda olaraq xeyli adam kəsilib. Bizdə isə heç 10 faiz kəsilmir. Azərbaycanda keçirilən bütün qəbul imtahanlarında test olur, sonra isə şifahi müsahibə. Şifahi müsahibənin məqsədləri var. Bəlkə, bu insanın normal nitq qabiliyyəti yoxdur. Bəlkə, bu insan fikrini ifadə edə bilmir. O zaman necə vəkillik edəcək? Yaxşı yaddaşı olan adam testə hazırlaşıb imtahanını verə bilir. Amma şifahi müsahibədə gələcəkdə onun vəkillik edib, edə bilməməyini öyrənmək olur. Şifahi müsahibə zamanı insanın suallara cavab verməsi, onun düşüncəsi digər aspektlərdən yoxlanır. Test yaddaşa yönəlmiş bir məsələdir. Şifahi müsahibə mütləq olmalıdır. Bütün dünyada belədir. Biz gələcəkdə 3-cü mərhələni də planlaşdırırıq. İnsanların şikayət, qərar hazırlaya bilirlər, ya yox? Bunu yoxlamaq üçün 3-cü mərhələni də planlaşdırırıq. Biz istəyirik ki, insanlar yaxşı vəkil olsunlar. Bütün namizədlərə eyni suallar verilir. İlk dəfə olaraq, biz illər sonra bütün insanlara eyni sualları veririk".

Vəkil olmaq istəyən təxminən 2 min nəfərdən cəmi 90-nı Kollegiyaya qəbul edilib. Birinci mərhələdən - Dövlət İmtahan Mərkəzinin keçirdiyi testlərdən 607 nəfər keçmişdi. İkinci mərhələ isə şifahi müsahibə idi. Bu mərhələni keçirən ixtisas komissiyası 11 nəfərdən ibarətdir – 5 vəkil, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi və Bakı Apelyasiya Məhkəməsindən olmaqla, 3 hakim və 3 nəfər də hüquqşünas-alim.

Alya Ağayeva
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo