Dünya

Amnesty İrandakı etirazçıların taleyindən narahatdır

27 Fevral, 2018
793
Amnesty International bildirib ki, İranda məcburi hicaba etiraz etdiklərinə görə saxlanmış onlarca qadın "uzunmüddətlli həbsxana cəzası” ilə izləşmək riski qarşısındadır.

Son həftələrdə İranın hakimiyyət orqanları ictimai yerlərdə məcburi hicaba etirazini bildirən onlarca qadını həbs edib.

İran polisinin fevralın 23-də yaydığı bəyanatda bildirilir ki, hicaba etiraz bildirən qadınlara qarşı "əxlaqsızlığı və fahişəliyi yaymaq” itithamı irəli sürülə və onlar 10 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

Londonda mənzillənmiş Amnesty International fevralın 26-da bəyan edib ki, polisin bəyanatı "onlarca qadını ədalətsiz həbsxana cəzasının gözlədiyini və İran hökumətinin qadın haqları üzərinə hücumunu göstərir”.

Amnesty bildirir ki, təkcə paytaxt Tehranda 2017-ci ilin dekabrından bəri "dinc etiraz” bildirən 35-dən çox qadına hücum edilib və onlar həbs olunublar.

Təşkilatın Yaxın Şərq və Şimali Afrika üzrə direktor müavini Maqdalena Muğrabi deyib ki, İran hakimiyyəti bu həbslərlə başqa qadınlara tükürpədici mesaj göndərir.

Ötən həftə polis Tehranda hicaba etiraz aksiyası keçirən daha iki qadını həbs edib.

Həbs edilən qadınlardan biri - Şaparak Şadizadə polis məntəqəsinə fevralın 21-də aparılıb. Ailəsi onun həbs zamanı döyüldüyünü bildirir.

Digər qadının fevralın 22-də həbs olunduğu xəbər verilib.

İranda 1979-cu ildə baş vermiş İslam İnqilabından bəri qadınlar hicablanmalı və bədənlərini bütünlüklə örtməlidirlər.

Mənbə: Azadlıq Radiosu


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo