22:29, 05 Mart 2018 (Bazar ertəsi) 275

Amerika səfirliyi qarşısında 4 nəfər saxlanılıb

Amerika səfirliyi qarşısında 4 nəfər saxlanılıb


/ DÜNYA
"Amerikanın Səsi"nin Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ankarada ABŞ səfirliyinə qarşı təhlükə ilə əlaqədar dörd iraqlı saxlanıb.

Bu haqda xəbərlər ABŞ səfirliyinin martın 5-i "təhlükəsizliyə hədə" ilə əlaqədar olaraq bağlı olduğunu bildirməsindən sonra verilib.

"Səfirlik işini bərpa etdikdən sonra yenidən açılması haqda məlumat verəcək", ABŞ səfirliyinin veb səhifəsindəki bəyanatda deyilir. Səfirlik eyni zamanda, Türkiyədəki amerikalılara "diqqət cəlb etməməyi" tövsiyə edib.

Türkiyə mətbuatının bildirdiyinə görə, İslam Dövləti qrupu ilə əlaqəsi olan dörd iraqlı Qara dəniz sahilindəki Samsun şəhərində saxlanıb.