21:51, 11 May 2018 (Cümə) 177

Alpinistlərin axtarışlarının davam etdiyi bildirilir

Alpinistlərin axtarışlarının davam etdiyi bildirilir
"Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları davam edir.

"APA"-nın xəbərinə görə, axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələr və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən aparılır.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hava şəraitinin istiləşməsi və qarın tədricən əriməsi ilə əlaqədar olaraq axtarış tədbirləri intensivləşib.